album cover
Mono
album cover
Utwór Mono został wydany 1 stycznia 2013 przez Madhouse jako część albumu Mono - Single
1 stycznia 2013
WytwórniaMadhouse
BPM
Melodyjność
Akustyczność
Valence
Taneczność
Energia

Teledysk

Teledysk

Tekst Utworu

Hamı kiminçünsə xilaskardır
Ya mən lal olmuşam, ya da qulağım bir az kardır
Ürəyimin yaralarına əllərinlə toxun
Gözlərimi görmək üçün yuxarı qaldır bir az kadrı
Əmələ gəlmir hərdən
Nə qədər yazasan müharibədən, mərmilərdən?!
Soyuq tərdən sonra baş verən paranoyadan
Xatırlayıb hərdən oğurladığın illəri yerinə qoy, adam (sus)
Günlərim artıq maraqsız və daha sakit
Artıq alışıb yanan ocağı söndürmüşəm
Mənə ölüm hökmü də azdır, cənab hakim
Mən sevgi və bütün hisslərimi öldürmüşəm
Fikirlər qarma-qarışıq
Arasında ümidsizlik və karma yarışır
Biz axı deyildik əsl adam
Tüstüyə qarışan hönkürtülər əks-səda
Bu ya fraqment, qısa metrajlı kino
Ya da hər mübarizənin sonunda bitir yol
Həyat yerə çırpar, bəlkə də, qaldırar səni
Son sözünü deyə bilməsən, yandırar səni
Qorxulu yuxulardan ayılmadım
Hər dəfə oyananda isə adını sayıqladım
Bəlkə də, çoxdan ölmüşəm, amma sağ kimiyəm
Mən indi soyuq, əlçatmaz dağ kimiyəm
Sən hökmü oxu, qorxutmağa çalışma, lakin
Bil ki, bozqurd ölümdən qorxmur, cənab hakim!
Written by: Barry John, Orxan Mustafazadə
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...