album cover
Dalğa
album cover
Utwór Dalğa został wydany 13 marca 2026 przez Yerli Records jako część albumu SKINS
AlbumSKINS
13 marca 2026
WytwórniaYerli Records
BPM
Melodyjność
Akustyczność
Valence
Taneczność
Energia

Teledysk

Teledysk

Tekst Utworu

Sular çəkildikcə hava isinər
Bu küçələrdə leysan bütün günahları təmizlər
Ayırdı insanları dənizlər
Mənim qəlbimin bir parçası başqa bir limanda qərq
Bu soyuqda çərən qəlbim üzülər
Mən habitatıma geri dönən şimal heyvanı kimiyəm
Dərim qalındır, çünki vaxtında qoyub izlər
Bu dünya kimləri alıb, bizə kimlərisə verər
Hər şey takas, hər şey bir trade
Sevginin qiymətini de, qiymətini bilək
Bu gün bahalı restoran, sabah blok binalardan birində
Oyanacam səhəri kofemlə, siqaret
Əlimə düşəndə pul, qiymətinə baxmıram
2-3K azdır deyə sabahımı saymıram
Unuduram keçmişimi, deyəsən alzheimer'am
Köhnə postlarıma baxım, öz-özümə qayıdıram
Şəhərim duman
Küləyindəki bir qumam
Əsdi, əsdi, gətirdi
Əsdi, əsdi, gətirdi
Şəhərim duman
Küləyindəki bir qumam
Əsdi, əsdi, gətirdi
Əsdi, əsdi, gətirdi
Sular çəkildikcə gəldim özümə
Və baxdım, ətrafımda qalan tək adam da özüməm
Bu külək mənlə danışır binalar içindən
Və deşiklərdən çıxan səslər qulaqlarıma nəğmə
Hissləri həssas yaradır təbiət
O eqonuz yanlış şeylərdə verir sizə qətiyyət
Hamı hamının ayağından tutmağa çalışır deyə
Otağıma qapandım və uzaqlaşdım bir müddət
Bir müddət hamıdan uzaq yenə
Kəşf elədim daxilimdə yeni limanlar yenə
Boğuldum bir dənizdə, oyandım birində yenə
Sanki göyüzündən qovdu, yıxıldım yerə yenə
Səssizliyə qapıldım birdən yenə
Eyni döngülərdə, eyni simalarda səhv yenə
Düşüncələrim niyəsə bir-birinə tərs yenə
Göyüzündən qovuldum mən eyni döngüyə yenə
Şəhərim duman
Küləyindəki bir qumam
Əsdi, əsdi, gətirdi
Əsdi, əsdi, gətirdi
Şəhərim duman
Küləyindəki bir qumam
Əsdi, əsdi, gətirdi
Əsdi, əsdi, gətirdi
Written by: Murry, VVVSVAUPRA
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...