album cover

Hicran

2Pop2026
album cover
Utwór Hicran został wydany 16 listopada 2026 przez Tural Davutlu jako część albumu Hicran - Single
Data wydania16 listopada 2026
WytwórniaTural Davutlu
BPM57
Melodyjność
Akustyczność
Valence
Taneczność
Energia

Teledysk

Teledysk

Tekst Utworu

Xoş günlərimiz bir yuxutək, bitdi ilahi,
Yadlar baxıb öz məqsədinə yetdi, ilahi.
Yar mənə dünyanı haram etdi, ilahi,
İnsan can alırmış, demək, insanın əlindən.
Canımda dözüm qalmadı cananın əlindən,
Oldum axı bu həsrətin, hicranın əlindən.
Bu gözlərimi nəm eləyən sevgiyə nifrət,
Hər anımı dərd-qəm eləyən sevgiyə nifrət.
Dünyamı cəhənnəm eləyən sevgiyə nifrət,
Aldım, zəhər içdim yenə şeytanın əlindən.
Canımda dözüm qalmadı cananın əlindən,
Oldum axı bu həsrətin, hicranın əlindən.
Axır olacağam mən belə peşman, nə biləydim,
Bir gün gedəcək sevgili canan, nə biləydim.
Bir vaxt əlimdən tutan insan, nə biləydim,
Bir gün tutacaq başqa bir oğlanın əlindən.
Canımda dözüm qalmadı cananın əlindən,
Oldum axı bu həsrətin, hicranın əlindən.
Ötdükcə zaman, qədim dünya, əyir Allah,
Şeytan günahlar ömrümdən yeyir, Allah.
Hər gün bu haldan görənlər deyir: Allah,
Şeytanmı alıb şairin imanını əlindən?
Canımda dözüm qalmadı cananın əlindən,
Oldum axı bu hicranın, həsrətin əlindən.
Alim ya çoban, qalmayacaq heç nəyi bir gün,
Bir yerdə bitər qəlbimizin istəyi bir gün.
Ölmək əlimizdən alacaq hər şeyi bir gün,
Almış da mülkü Süleymanın əlindən.
Written by: Anonim Anonim, Tural Davutlu

Stopka Shazam

Wybierz język:
Google Play Store
Apple App Store
Chrome Web Store
Galaxy Store

Obserwuj nas

Loading...