Destacado em

Créditos

PERFORMING ARTISTS
Dəyirman
Dəyirman
Performer
COMPOSITION & LYRICS
Malik Kələntərli
Songwriter
Elmir Məhərrəmov
Songwriter
Miryusif Mirbabayev
Miryusif Mirbabayev
Songwriter
Anar Abdulla
Anar Abdulla
Songwriter

Letra

Salam, bacım, canım, başım Darıxıb yaman səndən ötrü qardaşın Gözyaşımdır bu vərəqlərdəki izlər Zülmətədən qayıdır mənə ötən illər Deyirlər silər zaman bütün yaraları Yeniliyin talaşı doldurar araları Ötən anları fəqət Unutmadım mən,oxu bacı məktubumu Bu mənim dövrəm Matəm, yadındamı 1992 Nə qədər kədər nə qədər ki Şuşa getdi, o dəhşətli anda Ata, ana məzarı daha oyananda Qarlı yollarda Qaldı izimiz Bir önə, bir addım uzaqda Evimiz, əziz bacı Sən və mən, kimsəsiz Bu qanunsuz dünyada ikimiz Bakıya doğru, Bakıya doğru, Bakıya (Sən Bakıya idin qısa səni çəksə də geriyə) Kirayə bir ev gözlə, bacı savaşacağam Könüllü gedib, bilmədim ki Qayıdacağam mən, bacı açacağam sənə indi sirrimi Azyaşlılığım deyildi deməyimin səbəbi Pis xəbəri mən öyrəndim mən orada Xərçəngin qısqacları sancılmışdı qanıma Ağlama, bacı, yalvarıram, ağlama Söz vermişdim anaya, səni qorumağa Moskvaya-şimala apardı məni qatar Zəhmətimin qiyməti səni mənsiz qoruyar Aylar,illər hicran necə də acı Çil qarasında bitən çiçək idin sən bacı Sancı ardınca sancı əqrəblər dönür Vətənə də alışan ürək qürbətdə sönür İki saatlıq uçuş, Moskva-Bakı Dönəndə geri şəhər bağışlayıb sanki Xarici rəngi çəkir özünə mərkəz Sən və mən, bacı, burada iki yad nəfəs Tərs baxışlar gözlərdə, alışar Bilmədim ki, bu cür bizlərə də qarışar Yaşadar zaman, çox zor unudacaq Səni iyanə görən o iki oğraş Əlimdəki bıçaq on iki açıb yara Arxadan zərbə, hər tərəf oldu qara Bayıldakı qala, bacı, ağlama Ana tez-tez gəlir yuxularıma, mama Qırma qəlbimi, bacı, uzat əlini Əlimdəki kəsiklər söyləyər dərdimi Qoy səni izləməsin ölümün ətri Uzaqda saxla intihar kürrəni Daha arxada həyat adlı məsafə Öndə dünyaları ayıran pərdə Bu səfərdə nə itən, nə tapılan Gizlisi aşkar, doğrusu yalan O yanda qalan təlaş, bu yandakı aram Artıq yerə yox, yerə toxunur daban Son an Gözümdə duran sualları Qanla yazılan məktubları Qara buludları külək nə vaxt qovacaq? Bayraqdan don tikən kişimi adlanacaq? Düşmənə açar qucaq keçmişi unudan Qurbanlar hədər olar, o zaman, o an İlan sifətli insanlardır yollarda İlan niyyətli əməllər ortada Əlvida, gəldim yolun sonuna Mən gedirəm, bacı, ağlama
Writer(s): Anar Abdulla, Elmir Məhərrəmov, Malik Kələntərli, Miryusif Mirbabayev Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out