Слова

Kimlərə qaldı dünya? Dolub-boşaldı dünya Olmadı sirrin açan Sehrli qaldı dünya Kimlərə qaldı dünya? Dolub-boşaldı dünya Olmadı sirrin açan Sehrli qaldı dünya Faydası yox yaşanılanların, əgər qalmırsa heç nə (Qalmırsa heç nə) Bu qədər hazırlıq nəyə görədi, bu körpünü sonunda olmursa keçmək Sıxıram dişimə dişimi alınmır nəsə, deyəsən düşmüşük nəhsə Özümü qane etməyən həyatıma bir xətt, yaşayacam artıq bəhsə-bəhsə Geriyə baxmaq hər gün daha da qorxulu, artır qayğılar (Qayğılar) Böyüyən bizik, yoxsa dünya kiçildir çapın? Yaşla birgə daha da dərin yaralar vurur duyğular Bir ömür öyrən ki, anlayanda döyülsün qapın Sevənlər odda yandı Kül oldu, adı qaldı Kimləri torpaq aldı? Kimlərə qaldı dünya? Sevənlər odda yandı Kül oldu, adı qaldı Kimləri torpaq aldı? Kimlərə qaldı dünya? Kimlərə qaldı dünya? Dolub-boşaldı dünya Olmadı sirrin açan Sehrli qaldı dünya Kimlərə qaldı dünya? Dolub-boşaldı dünya Olmadı sirrin açan Sehrli qaldı dünya Bərkə düşməmiş anlamaq olmur kimin içində daha kimlər yatır Hardan gələcək zərbə, qoru sağını, yıxıl sola Dünya bizi başa sala bilmək üçün daha hansı oyunlar qatır (Mənə de) Nələrə yummaq gərək göz, görəsən nələri vermək gərək yola? Topla bir ömür boyu, cəmə çatanda bitər oyun Hər gün yaşadıqlarımı görüb deyirəm olacaqmı görən betər oyun? Saxla, mənə bu qədəri bəsdi bezdim, mənim üçün yetər oyun Dünya bizə görə durmaz, ona görə daim ötər oyun Kimlərə qaldı dünya? Dolub-boşaldı dünya Olmadı sirrin açan Sehrli qaldı dünya Kimlərə qaldı dünya? Dolub-boşaldı dünya Olmadı sirrin açan Sehrli qaldı dünya Kimlərə qaldı dünya?
Writer(s): Məmmədbağır Bağırzadə, Muxtar Abseynov, Pərviz Isaqov, Ziver Agayeva Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out