Слова

Dedilər, pis yaşıdır indi, gözünüz üstündə olsun İstəyir, hamıdan güclü, hamıdan üstün bəy olsun Pis vərdişlər gəlir zəif insanın iyinə hər an Bir də ayılırsan ki, ailən olub iynə, dərman İki dostun xəyalları, o yaş belə idi Mən də doğru yolları onun kimi kaş biləydim İlk öpüş qədər şirin ilk dəfə dadına baxmaq Səhv yolun cazibəsi əyə bilər daş biləyi də Çox heyif Dostumda özümü görürdüm, qızlar mənə baxmırdı Mən baxıb gözümü döyürdüm Dostum doğru yolu seçdi: idman, döyüş və yarışlar Mənsə iradəsizlik medalıyla özümü döyürdüm Yumruq sıxmaq belə bu gün çətin gəlir mənə Azıb qalmışam haramın yollarında Bədənim yalvarır ruhuma ondan əl çəkim deyə Son dəfə yuxuya getmək anamın qollarında (Haradasan?) Mən bir də gəlsəm dünyaya Saf gözlərinə doymaram Səhvim oldu, denən, harada? Gəlim bir də, qalım orada Gəl doğru yoldan boylanaq Gözümün içinə bax, ana, çəkinmə məndən Bilirəm, solub üzüm, azalıb çəkim bədəndə Sən məni belə böyütməmişdin, üzülmə, nə olar Çalış, görə biləsən oğlunu üzümdə, nə olar Yadına gəlir, iki körpə dost qalırdıq evdə? "Böyüyəndə kim olacaqsan?" sualına dalırdıq hərdən Yenidən doğuluram deyib boğuldum öz qanımda Hamı sevsin, istəyirdim, indi sevmir öz anam da Əlimdən tut, bax, həmin o balaca uşağam Qaranlıqda səni qorumaq üçün yanacaq o şamam "İnanıram sənə" deyib sığallamağın idi qızıl anım Mənsə inamını satıb oğurladım qızılların Halbuki bu səhv yolu seçəndə axı özümdə idim "Gözəl övladım" deyirdin, bəlkə gözün dəydi Hər şeyini aldım əlindən, bağışlamağa heç nə qalmayıb "Bağışla, ana" deməyə belə artıq üzüm gəlmir Mən bir də gəlsəm dünyaya Saf gözlərinə doymaram Səhvim oldu, denən, harada? Gəlim bir də, qalım orada Gəl doğru yoldan boylanaq Mən bir də gəlsəm dünyaya Saf gözlərinə doymaram Səhvim oldu, denən, harada? Gəlim bir də, qalım orada Gəl doğru yoldan boylanaq
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out