Видео

Torpaqdan Ev / Kor Zabit (feat. Uran)
Смотреть видео на песню «{artistName} — {trackName}»

В составе

Создатели

ИСПОЛНИТЕЛИ
Orxan Zeynallı
Orxan Zeynallı
Исполнитель
МУЗЫКА И СЛОВА
Orxan Zeynallı
Orxan Zeynallı
Автор песен
Ibrahim Ibrahimov
Ibrahim Ibrahimov
Автор песен
Hacı Əliyev
Hacı Əliyev
Композитор

Слова

Salam, əsgər! Danışır Vətən Sağ ol ki, varsan! Bünövrəsi millət olan evdə sən, bil ki, divarsan Həm oğulsan, həm ata Həm qardaş, həm də ki yarsan Bilirdim, gələcəksən 30 ildir, tərk-i diyarsan Döyüşə gedir igidlər Gedir ömürlük burada Əmrini verir komandir Qışqırır bölük burada '92 fevralında qar içində qaçan körpələr Əridib buzlar içində Böyüyüb dönüb qurda Döyüşə gedir igidlər Qulaqlarında "Dəyirman - Ya Qarabağ, ya Ölüm" "Kor Zabit", "Okaber - Taboo" "Guantanamero", "Marş" "İgid Əsgər - Şəmistan" Sənə hər an can qurban Sən olasan Gülüstan Nigaran ananın göz qapaqlarında gir, islan Əllərindən öpürəm, ana Qəlbində bitsin üsyan Doğsun Günəş camalında Kəsilsin əbədi leysan Oğlun bitirdi hicranı Evinə dönür, gör, neçə insan Kor zabit, onun gözlərini onun torpağı alıb Kor zabit narahatdır, çünki hələ qisas qalıb Kor zabit müdrikdir, inanır, vaxt gələcək Kor gözləri torpaqlar qayıdandan sonra görəcək Kor zabit, onun gözlərini onun torpağı alıb Kor zabit narahatdır, çünki hələ qisas qalıb Kor zabit müdrikdir, inanır, vaxt gələcək Kor gözləri torpaqlar qayıdandan sonra görəcək 93-cü illər, döyüşlər, Ağdam Axıdılan bir qram qan Bir parça torpaq deməkdir Bunu döyüşən hər adam yaxşı başa düşür Müharibə meydanında, adətən Ölüm və həyat mələkləri görüşər Qanlı döyüşlərin birində Partlayan mərmidən qopan qəlpədən Biri bu zabiti edir kor O fikirləşir, ya gör, ya da belə yaşamaq olmaz Göz azadlıqdır, qanadsız quş havada qalmaz Hərbi hospital, 1 saat cərrahiyyə əməliyyatı İnsan mənəviyyatı, insan iradəsi Bu əməliyyatın hər dəqiqəsi İşıqla qaranlığın mübarizəsi İnsanla ölümün, nuru qayıtmır zabit gözünün Qayıdır ürəyi, həyat enerjisi, çox şükür Cərrah həkim bunu etmək üçün yaman tər tökür Amma tale döyüşdə, adətən, çox qəddar Zabit çıxır hospitaldan, əldə əsas ona həmkar Çox həkim ümid verir Çox həkim deyir: "O görəcək" Hamı fikirləşir: "Zabit sevinəcək bunları eşidib" Düzdür, dövlət ona verib Təltiflər və medallar Zabitə isə lazımdır Gözünü alan torpaqlar Satqınçılıqla verilən yerlər Mənfəətlə birləşən göylər Alçaqlıq, ikiüzlülük Bunlar qalacaq kor zabitin yaddaşında ömürlük Biz insanlar bəzən görərək Ürəyimiz döyünərək yaşamırıq, ölürük Kor zabit, onun gözlərini onun torpağı alıb Kor zabit narahatdır, çünki hələ qisas qalıb Kor zabit müdrikdir, inanır, vaxt gələcək Kor gözləri torpaqlar qayıdandan sonra görəcək Kor zabit, onun gözlərini onun torpağı alıb Kor zabit narahatdır, çünki hələ qisas qalıb Kor zabit müdrikdir, inanır, vaxt gələcək Kor gözləri torpaqlar qayıdandan sonra görəcək Bir gün oğul nəsə deyir zabit atasına Dediyi sözlər duz tökür veteran zabitin yarasına Həyat ağrılarının hamısına dözən zabitə gəlir qəribə Yeni nəslin bu səhv düşüncəsi Oğul deyir: "Müharibə başlayarsa Əgər birisi gizlənir" Başqasının ölüsü, dirisi Haqdan xəbəri yox Onda hanı vətənpərvərlik? Hanı milliyyətçilik hissi? Belə şeylər, əziz atam Öldürmürmü həvəsi? Kor zabit qalxır ayağa oturduğu yerdən Sol əli əsir, damla yaş çıxır gözündən Birdən bədəni əsir əsəbdən Oğul peşmandır suala Ağsaqqal gözlərin göstərib deyir Məni bu hala salan mənim mənliyim Mənim vicdanımdır, halaldır qanım Bu torpağa görə şikəst canım Qeyrətim bayrağımdır Ürəyim Azərbaycanın Ölüm, külə dönüm, yanım Məhv olum, solum-sağım olsun Milliliyini danan zibillər Amma bu ellər götürüb silah dönəcək yenə səngərə Əgər hərə çəkilsə bir qırağa Onda Qarabağa və digər torpaqlara Axı kim olacaq cavabdeh? Ancaq səfeh insanlar bu dünyada özün düşünür Yaxşı ki, gözlərim görmür, lakin qəlb döyünür Mənimkimiləri ikinci kərə müharibəyə başlayacaq Gözlərim cəhənnəmə Əsas Azərbaycan yaşayacaq! Qoyulmayacaq qərənfillər daha cüt say, Qarabağ Bitir soyuq qış, üfüqdə görünür yay, Qarabağ Dе, varmı gözəlliyinə bu cahanda tay, Qarabağ? Olmaz bir qarışından düşmənə pay, Qarabağ Kor zabit, onun gözlərini onun torpağı alıb Kor zabit narahatdır, çünki hələ qisas qalıb Kor zabit müdrikdir, inanır, vaxt gələcək Kor gözləri torpaqlar qayıdandan sonra görəcək Və gördü İnşAllah İnşAllah
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out