Lyrics

Qorxuram hamıdan, hamının nəzəri Adətin əzəli, var adımın bəzəyi Qorxuram adımdan, adıma söz var Baxan çox göz var, bacarsan, döz qal Qorxuram yanında, qorxduqca dinmədim Olduqca şiddətin, denən, nədir niyyətin? Qorxuram alınmaz, dinməyim yaramır Sənin hər yalanın bax səbəbidir yaramın Aldatdın, bəsdir Ağlatdın, bəsdir Durduqca səssiz mən Denən, nədir qəsdin? Aldatdın, bəsdir Ağlatdın, bəsdir Durduqca səssiz mən Denən, nədir qəsdin? Sus! Danışsın gözlərin Sən sus ki, mən danışıram dözməyi Gözlərində düzü görməyincə bil Dəyişəcək bu dünyanı hər dəfə ölməyim Ağladır o vaxt güldürən Var üzümdə təbəssüm, içimdə gülmürəm Güclü idim ki, sən güclü idin Sənin arxanda var idim qalxanda hündürə Bu sevgi xəstəlikdir, mən oluram yoluxan İstəmirəm silahımı yenə sənə doğruldam Vurduğun zərbələr hisslərimə toxunar İstəmirəm susum, amma danışdıqca qorxuram Qorxuram hamıdan, hamının nəzəri Adətin əzəli, var adımın bəzəyi Qorxuram adımdan, adıma söz var Baxan çox göz var, bacarsan döz qal Qorxuram yanında, qorxduqca dinmədim Olduqca şiddətin, denən, nədir niyyətin? Qorxuram alınmaz, dinməyim yaramır Sənin hər yalanın, bax səbəbidir yaramın Aldatdın, bəsdir Ağlatdın, bəsdir Durduqca səssiz mən Denən, nədir qəsdin? Aldatdın, bəsdir Ağlatdın, bəsdir Durduqca səssiz mən Denən, nədir qəsdin? Könlümü sən qırdıqca Bu qəlbim nəbz vurmur Hər dəfə sən üzdükcə məni Göz yaşlarım durmur Güclüyəm yenə də Güclüyəm yenə də Güclüyəm yenə də Mən güclüyəm hələ də Güclüyəm yenə də Güclüyəm yenə də Güclüyəm yenə də Mən güclüyəm hələ də Qorxmuram daha mən Güclüyəm yenə də Qorxmuram daha mən Güclüyəm hələ də
Writer(s): Aslixan Oldrap Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out