Lyrics

Bütün xəyallarını, gələcəyini onunla qurdun Həyatın, gələcəyin dağılar deyə özündən qorxdun Artıq onsuz olmaz deyə ruhunla ona təslim oldun Zamanla adiləşib, onun gözlərində bir heç oldun Sən düşünmə ki, nəyi harada, necə səhv etdin Sən düşünmə ki, onu lazımından az sevdin Ona sənsiz rahatdırsa, çalış, barış bununla Ağlama, dəyməz o göz yaşına Göz yaşını axıtma boşuna Dəyməz o atılan dırnağına Tək burax onu öz vicdanıyla Ağlama, dəyməz o göz yaşına Göz yaşını axıtma boşuna Dəyməz o atılan dırnağına Tək burax onu öz vicdanıyla Yalanları doğrulardan ayırmadın deyə üzülmə Aldanan yox, aldadan günahkardır, özündə günah görmə Sən onu adam bilib, bütün varlığınla təslim oldun Sən onu sevib, qorxmadan verdiyin hər sözündə durdun Sən düşünmə ki, nəyi harada, necə səhv etdin Sən düşünmə ki, onu lazımından az sevdin Ona sənsiz rahatdırsa, çalış, barış bununla Ağlama, dəyməz o göz yaşına Göz yaşını axıtma boşuna Dəyməz o atılan dırnağına Tək burax onu öz vicdanıyla Ağlama, dəyməz o göz yaşına Göz yaşını axıtma boşuna Dəyməz o atılan dırnağına Tək burax onu öz vicdanıyla
Writer(s): çingiz Mustafayev Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out