Lyrics

Get, düşünmə, get Bu qədər yaşananın ardından Üzmüşəm səni Bilirəm ki, sevgi dərdin var Qalmışam bu gün Parıldayan ulduzun altında Unutmaq nə qədər istəsəm də, bil Çıxmır yadımdan Get, düşünmə, get Bu qədər yaşananın ardından Üzmüşəm səni Bilirəm ki, sevgi dərdin var Qalmışam bu gün Parıldayan ulduzun altında Unutmaq nə qədər istəsəm də, bil Çıxmır yadımdan Çünki mən sevgimizəm, görünməyən Bir ürəyə məxsus, bölünməyən Evinizin qapısının önündəyəm Gəl çıx Çünki mən sevgimizəm, görünməyən Bir ürəyə məxsus, bölünməyən Evinizin qapısının önündəyəm Gəl çıx Ya da bax pəncərədən gecəyə Yağıram yağışlarla küçəyə Bilmirsən axı sənsiz necəyəm Gəl çıx Saat ilişib, qalıbdır neçəyə? Ətrini bölmüsən neçə çiçəyə? Mən səndən ayrı düşən ləçəyəm Gəl çıx Ya da bax pəncərədən gecəyə Yağıram yağışlarla küçəyə Bilmirsən axı sənsiz necəyəm Gəl çıx Saat ilişib, qalıbdır neçəyə? Ətrini bölmüsən neçə çiçəyə? Mən səndən ayrı düşən ləçəyəm Gəl çıx Mənim bu gecə də ay yox pəncərəmdə Axı yatdığım otaq qaranlıqdır Niyə gələnlər gedir, qalan yoxdur? Belə tək keçir ömrün qalan vaxtı Hər şey dünəndə, yarın yoxdur De ki boş-boş sözlərə qarın toxdur Ürəyimin içində yalan taxtı var Heç vaxt demərəm yerin yoxdur Bu sevgi yaralara dönüşdü Niyə hər şey bitəndə görüşdük? Qalan nifrəti doldurub axı niyə atdın? Qızıl ürəyə mərmi gümüşdən Unut, mənə görə dəyməz ağlamaq Etdiklərim axı danılmaz Sevgi yanıb, amma bir də belə yanılmaz Mənə bir şans ver desəm, alınmaz axı Məni tanınmaz hala saldı bu sevgi Və yarım naz edir Getdiyi gündən yarım qalmışam Tək qalan ürəyim sarınmaz Ölüm, hiss etmirəm hələ özümü hazır Məktubumda düzünü yazım Bıçağı, kəndiri, alovu boş ver Gəl saçlarından özümü asım Aldadım özümü, yatım Unutmasın qoy üzünü yadım Bu gecə xəyal qur, üst-üstə ucalt Çıxım, üzərindən özümü atım Artıq az qalıb vaxta Köhnə şəkilləri bax, tap Bütün arzu və hissləri doldurub keçmişə Atıram ürəyimə - "ta-ta-ta-ta" Ya da bax pəncərədən gecəyə Yağıram yağışlarla küçəyə Bilmirsən axı sənsiz necəyəm Ya da bax pəncərədən gecəyə Yağıram yağışlarla küçəyə Bilmirsən axı sənsiz necəyəm Gəl çıx Saat ilişib, qalıbdır nеçəyə? Ətrini bölmüsən neçə çiçəyə? Mən səndən ayrı düşən ləçəyəm Gəl çıx
Writer(s): Məhəmməd Isgəndərov Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out