Lyrics

Məni bu ölkəyə bağlayan tək səbəb odur Ayaqyalın gedərəm, yoluna səpsələr odu Zülmətimdə yeganə mənzərəm odur Ömür ecazkar bəstə, sənsə hər notu Gecə-səhər otur, fikir elə, mənə isə sonun Kor gözlərlə bax, mənsə səs olum Məni görmür o, üzündəki əda isə solub İnan, ürəyimcə deyil heç, nə isə, əsas odur Tutub əllərimi "gedək" desin, mən Soruşmadan gedərəm hara gəlir içindən Yorğunam, gərəyim sevgisinə Xəyalım o ki, nəfəsiylə evim isinə İlk səhvi mən elədim, eybi silək Gözüm daha baxmaz ondan qeyrisinə Yazmaq və yatmamaq eyni hissdirlər Barışaq, yenidən qayıdım pleylistinə Gecə yuxusuz, yenə səhər olur Demə ki, unut birtəhər onu O mənlə dürüst, mənsə hər rolu Oynadım, elədim zəhər onunçün həyatı Gözlərinə dolub, ağlatdım gecə, gündüzlər onu O vaxtı başqa şeyləri dərd edirdim İndi o özü mənə dərd olub Gecə yuxusuz, yenə səhər olur Demə ki, unut birtəhər onu O mənlə dürüst, mənsə hər rolu Oynadım, elədim zəhər onunçün həyatı Gözlərinə dolub, ağlatdım gecə, gündüzlər onu O vaxtı başqa şeyləri dərd edirdim İndi o özü mənə dərd olub Keçir zaman üzünü dilənərək İstəmirəm "mən və sən" olaraq dilə gələk Bilirəm, düz eləmədim biri min edərək Qəlbini qırırdım boş şeylərə hirslənərək Necə kor oldum mən gözlərini sevərək? Özünü mən anlamadım, sözlərimisə vərəq Ruhum da məhv oldu kirlənərək Dərd dolmuş ürək daha kimə gərək? O qədər eyib əməl elədim, yox düzə yarayan Bu şəhərin artıq sənə küçələri yad Yuxusuz gecələrin görən nə qədərdir sayı? Qələmimə dönərək vərəqimə kədəri yay Çıxıb gedirsən, dеnən, haraya? Ayrı peşamanam keçən hər aya Olmadığın hər yer Bakıdan daha yad Sənsiz nеcə dözüm mən Ankaraya? Şeir yazma - dedilər, üzülə bilər Nə sözün varsa, get üzünə denən Əskik olmur nə qüssə, nə qəm Ümidvaram bu dərd məni üstələməz Səmavi sevinc ola, enə dərinə Qəlbinə həkk ola, gecə və səhərinə qarışa Ağrılarım necəsə dinər Şam... Şam öz işığını necə əridər? Sən ömrümün ən gözəl çağı Mənsə həmişə səni üzən ağılsız adamam hələ də Deyə düşünmə, artıq dön, üzümə baxıb, adımı çağır Yatan hissləri de, necə oyadaq? Səhradan gəlib suya necə doyaram? Məni xatırla, sevdiyin o yaram Sən 1 ilsən, mən getdiyin 10 ayam Gecə yuxusuz, yenə səhər olur Demə ki, unut birtəhər onu O mənlə dürüst, mənsə hər rolu Oynadım, elədim zəhər onunçün həyatı Gözlərinə dolub, ağlatdım gecə, gündüzlər onu O vaxtı başqa şeyləri dərd edirdim İndi o özü mənə dərd olub
Writer(s): Gleb Rudik, Mirmövsüm əhmədov Lyrics powered by www.musixmatch.com
instagramPath