Music Video

Music Video

Credits

PERFORMING ARTISTS
Hatəm Nəbioğlu
Lead Vocals
COMPOSITION & LYRICS
Hatəm Nəbioğlu
Composer
Elçin Mirzəbəyli
Songwriter
Vahid Kərimov
Arranger
PRODUCTION & ENGINEERING
Hatəm Nəbioğlu
Producer

Lyrics

Nəyim var, içimdən sovurub külək
Nə uçurub gedim, nə yıxıb gedim
Mən dəli qasırğa, sən zərif çiçək
Qov məni qapımdan, qov çıxıb gedim
Nəyim var, içimdən sovurub külək
Nə uçurub gedim, nə yıxıb gedim
Mən dəli qasırğa, sən zərif çiçək
Qov məni qapımdan, qov çıxıb gedim
Uyum yalanlara, ya gerçəkliyə?
Fərqi yox, sinəmdə dərd çiçəkləyə
Uyum yalanlara, ya gerçəkliyə?
Fərqi yox, sinəmdə dərd çiçəkləyə
Bir az tənhalığa, bir az təkliyə
Bir az sənsizliyə alışıb gedim
Bir az tənhalığa, bir az təkliyə
Bir az sənsizliyə alışıb gedim
Nə mənə səcdə qıl dizlərin üstə
Nə də sal içinə sözlərin üstdə
İzin ver, son dəfə gözlərin üstə
Gözümdən bir damla yaş sıxıb gedim
Nə mənə səcdə qıl dizlərin üstə
Nə də sal içinə sözlərin üstdə
İzin ver, son dəfə gözlərin üstə
Gözümdən bir damla yaş sıxıb gedim
Uyum yalanlara, ya gerçəkliyə?
Fərqi yox, sinəmdə dərd çiçəkləyə
Uyum yalanlara, ya gerçəkliyə?
Fərqi yox, sinəmdə dərd çiçəkləyə
Bir az tənhalığa, bir az təkliyə
Bir az sənsizliyə alışıb gedim
Bir az tənhalığa, bir az təkliyə
Bir az sənsizliyə alışıb gedim
Bir az sənsizliyə alışıb gedim
Bir az sənsizliyə alışıb gedim
Written by: Elçin Mirzəbəyli, Hatəm Nəbioğlu
instagramSharePathic_arrow_out

Loading...