Lyrics

Yazıram bu şərqini yaş tökülə ləblərinə Həyat öyrətdi məni, qara gözlüm, həsrətinə Daha incitmir məni gedənlərin ağrıları Yandırıram bir papiroz gedənlərin xatirinə Xarab olmuş ürəyim sahi niyə Cavabın bilmirəm, onun üçün doldur, saqi, meyə Daha ağlamır deyən, gözlərim də yorğun olub Bu səbəbdən tökülür göz yaşım həp daxilimə Dedim ki, cəhənnəm olsa yerinin talibiyəm Dedi, yox, mən taparam cənnətinə yar eləyən Bu qədər yar var ikən bu dünyada, ey qədərim Məni niyə yar elədin, yarların ən zaliminə Nə qədər dərd elədim, günahlar da səndə deyir Çəkməlisən nazımı gözlərinin üstündə deyir Qaldırıb əllərimi yalvarıram Allaha "Mən verirəm dərdini və çəkməlidir bəndə"- deyir Alıram əlimə kağızı qələmi Qərarım qətidir,elə bil Silirəm deyəsən hər kəsi Daha yoxdur heç bir tələbim Alıram əlimə kağızı qələmi Qərarım qətidir,elə bil Silirəm deyəsən hər kəsi Daha yoxdur heç bir tələbim Yazaraq bu şərqini yaş tökürəm zənn eləmə Toplamışam ağrıları mən bu həyat zəmbilimə Ürək də ağrımır artıq hər dəfə, uzaq başı Yandırıram bir papiroz gedənlərin xatirinə Gedən gedir, yoxluğuna mən yaradım xariqələr Gedənlə ümid gedir, gəlir ağrı sarı mənə Vallah, incimirəm, var bir kiçik ricam Gedəndə məktub atın ara bir bari mənə Qaldırıram bu badəni gedənlərin xatirinə Məni qoymuş yarıyol xəyalların qatilinə Eyb eləməz, onsuz deyirəm unutmuşam Madəm ki, unutmuşam göz yaşım bəs axır niyə Bilmirəm axır niyə, doldurun çaxır mənə Qaldırın badələri mən deyəcəm içək nəyə Bizi tərk edənlərə, ya da və sairinə Qaldırın badələri gedənlərin xatirinə Alıram əlimə kağızı qələmi Qərarım qətidir,elə bil Silirəm deyəsən hər kəsi Daha yoxdur heç bir tələbim Alıram əlimə kağızı qələmi Qərarım qətidir,elə bil Silirəm deyəsən hər kəsi Daha yoxdur heç bir tələbim
Writer(s): Bahman Aslanli Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out