Credits

PERFORMING ARTISTS
Şövkət Ələkbərova
Şövkət Ələkbərova
Performer
COMPOSITION & LYRICS
Tahir Ekber
Tahir Ekber
Composer
Hafiz Baxış
Hafiz Baxış
Songwriter

Lyrics

Gah qəlbi yandırar
Palıd közütək
Gah da sərinlədər
Dağın buzutək
Kükrəyər aslantək
Susar quzutək
Sirr ilə doludur
Ana laylası
Kimdir bu nəğməni
Yaradan, qoşan?
Danışar pərişan
Dinər pərişan
Gecəni uzanıb
Sübhə qarışan
Nəğməli yoludur
Ana laylası
Sirr ilə doludur
Ana laylası
Sirr ilə doludur
Ana laylası
Oxu, sən, ey ana
Müqəddəs qadın
Səsində ruhu var
Kamanın, udun
Babamız Zərdüştün
Dədə Qorqudun
Yaşından uludur
Ana laylası
Laylalar ilk eşqim
Fəxrim, qürurum
Şəhnazım, züşdərim
Şikəstəm, Şurum
Pərişan segahım
Dəli mahuru
Budağı qoludur
Ana laylası
Sirr ilə doludur
Ana laylası
Sirr ilə doludur
Ana laylası
Kimdir bu nəğməni
Yaradan, qoşan?
Danışar pərişan
Dinər pərişan
Gecəni uzanıb
Sübhə qarışan
Nəğməli yoludur
Ana laylası
Sirr ilə doludur
Ana laylası
Sirr ilə doludur
Ana laylası
Written by: Hafiz Baxış, Tahir Ekber
instagramSharePathic_arrow_out

Loading...