Lyrics

Bir ara səndən uzaqlaşmaq istədim Yavaş yavaş kənarlaşmaq istədim Gördüm alınmır elə çox darıxdım Əlini tutub qucaqlaşmaq istədim Sən məni tək qoyanda dərd qəm yedim Səbr eləyib şeytana lənət dedim Başqa çarə yoxdu başqa necə edim? Zəmanə ilə ayaqlaşmaq istədim Bir ara səndən uzaqlaşmaq istədim Yavaş yavaş kənarlaşmaq istədim Gördüm alınmır elə çox darıxdım. Əlini tutub qucaqlaşmaq istədim Bu eşq üçün yanıb yanıb köz oldum Səni sevəndən el aləmə söz oldum Səndən ötrü çoxu ilə üz göz oldum Yaxınlardan uzaqlaşmaq istədim Düzdü səndən uzaqlaşmaq istədim Yavaş yavaş kənarlaşmaq istədim Gördüm alınmır elə çox darıxdım... Əlini tutub qucaqlaşmaq istədim Mən sənin təkliyinlə oyandım hər gün Yaşamaqdan bezdim usandım hər gün Gəzdiyimiz yerdə dayandım hər gün Təsadüfən qabaqlaşmaq istədim Bir ara səndən uzaqlaşmaq istədim Yavaş yavaş kənarlaşmaq istədim Gördüm alınmır elə çox darıxdım... Əlini tutub qucaqlaşmaq istədim Əzab verib canımı almadın amma Sevirdin yanımda qalmadın amma Sən məni yadına salmadın amma Mən səninlə soraqlaşmaq istədim Düzdü səndən uzaqlaşmaq istədim Yavaş yavaş kənarlaşmaq istədim Gördüm alınmır elə çox darıxdım... Əlini tutub qucaqlaşmaq istədim
Writer(s): Tural Davutlu Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out