Credits

PERFORMING ARTISTS
İntiqam Rüstəmov
Performer
Ehtiram Rüstəmov
Performer
COMPOSITION & LYRICS
İntiqam Rüstəmov
Songwriter

Lyrics

Boya-başa çatdın şükr eylə şərik ol atanın hər yükünə
Tanrım aqil bəndələri qoymaz haqq yoldan çəkinə
Yığ ona ver dünya malını dəyişməz ananın bir tükünə
Qayğıkeş övlad gözəl insan ata ana qədrin bilən oğlan
Sənə kömək olar allah hər an
Ata ana qədrin bilən oğlan
Can sənə qurban, sənə qurban
Ata ana qədrin bilən oğlan
Gecələr yuxusuz qalan ananın unudulmayan əziyyətidir
Bizə xoş günlər bəxş eləyən atanın çəkdiyi zəhmətidir
Ağsaqqalların ibrətidir, müdriklərin nəsihətidir
Heç vaxt ola bilməz peşman, ata ana qədrin bilən oğlan
Sənə kömək olar allah hər an
Ata ana qədrin bilən oğlan
Can sənə qurban, sənə qurban
Ata ana qədrin bilən oğlan
Ömrünü sürsən şərəf ilə yaxşı əməlnən ad eləsən
Görsən tənha qoca kəslər, əl tutsan imdan eləsən
Yoxdursa ruhun yad elə sən sağdırsa qəlbin şad elə sən
Savabın tanrım yazar hökman, ata ana qədrin bilən oğlan
Sənə kömək olar allah hər an
Ata ana qədrin bilən oğlan
Can sənə qurban, sənə qurban
Ata ana qədrin bilən oğlan
Şair xalqa xidmət elə, şeir yaz dastan söylə
Söz allahdan ehsandı, təb versə imkan söylə
Hər kəliməsinə valideyinin, qurban söylə can söylə
Baxsın həsrətnən şeytan, ata ana qədrin bilən oğlan
Sənə kömək olar allah hər an
Ata ana qədrin bilən oğlan
Can sənə qurban, sənə qurban
Ata ana qədrin bilən oğlan
Written by: İntiqam Rüstəmov
instagramSharePathic_arrow_out

Loading...