Lyrics

Səs Ver! Səs Ver! Səs Ver! Səs Ver! Səhər tezdən qapımızı bərk döyən kimdir? On nəfərin qabağına tək gedən kimdir? Eşidib mahnımızı səs verən kimdir? Dostum çoxdursa, düşmənim kimdir? Səhər tezdən qapımızı bərk döyən kimdir? On nəfərin qabağına tək gedən kimdir? Eşidib mahnımızı səs verən kimdir? Dostum çoxdursa, düşmənim kimdir? Əməllərim səhv olsa da, sözüm həmişə düzdür Düz olan birdirsə, səhv olan yüzdür (Həri) Qaçırlar qaç, vururlar vur (Vur) İçmirlər tək iç, içirlərsə süz (Süz) Sözünü de sözü olana, sözünü de gözü dolana Ölüb sonra doğulana, nə qıza, nə oğlana Boğacaq bizi qəhər, tullamasaq bunu əgər Açılacaq yenə səhər, tapılacaq yenə zəhər Dostlar yenə də hərə bir tərəfdə Tək oturub yazıram, alnım yenə tərdə Olanı çəkmişəm, qalanı yerdə Gözlərimdə yenə də qırmızı pərdə Sözüm çox, vaxtım az, dəyişir məkan Yenə başqa şəhər bu gün, sabah yenə liman Her şeyə var dözüm, yoxdur heç kimə inam Bu günə kimi olmayıbsa, çətin ola din-iman Səhər tezdən qapımızı bərk döyən kimdir? On nəfərin qabağına tək gedən kimdir? Eşidib mahnımızı səs verən kimdir? Dostum çoxdursa, düşmənim kimdir? Səhər tezdən qapımızı bərk döyən kimdir? On nəfərin qabağına tək gedən kimdir? Eşidib mahnımızı səs verən kimdir? Dostum çoxdursa, düşmənim kimdir? Nəyin əvvəli, nəyin axırı, nəyin sonu Pərdəsiz səhnə, həyat olub oyun (Oyun) Gözəlçələr görüb gözüm, gecələr mənə dözün Nə izim var, nə də tozum, yoxdur daha sözüm Kim kimi minirsə, kim kimi qınayır Kim kimi sevirsə, kim kimi sınayır Dostlar gələcək onlarla qızlar Yatağım görübdü tonlarla qızlar Soyuq həyatımız qızlarla qızmaz Qızdıran qız tapılsa da, qızdıracaq az-maz Düz gör, düz bil, düz eşit Dünəndən sabaha bu gündür keçid Günah və savab, yox artıq seçim Günahları min olana yumağa bir məscid Şəhər sanki meşə, hər kəs canavar Canavara yem üçün qoyun da tapılar Xərcləyən itirər, axtaran tapar Bir dəfə ata minən ömrü boyu çapar Səhər tezdən qapımızı bərk döyən kimdir? On nəfərin qabağına tək gedən kimdir? Eşidib mahnımızı səs verən kimdir? Dostum çoxdursa, düşmənim kimdir? Səhər tezdən qapımızı bərk döyən kimdir? On nəfərin qabağına tək gedən kimdir? Eşidib mahnımızı səs verən kimdir? Dostum çoxdursa, düşmənim kimdir? Min ölç, bir kəs, min sözə bir səs Min dil bilənə paxıl olar hər kəs Atırlar at, alırlar sat Həyatda it danışır, nağılda at Çətinlik çəkir söz dеməyə pəltək Kimsə salam verir əlində əlcək Deyirsiz asandı hər bir çətinə Aclıq mömini gətirib donuz ətinə Kim qulluq edir dəbə, qulluq еdir zamana Bəzi cavanlar guya gəlib namaza Özü qızıl satacaq, əli gümüş taxacaq Bazlıqdan qayıdıb, namaz edib yatacaq Beş manat nəzir sizi xilas edə bilərmi? Zəncirlə zərbə günah yuya bilərmi? Qan görməyib, əli tutmayıb silah Pulla hərbi bilet alıb, qışqırırlar: "Cihad!" Seçilən seçilir, tanınan tanınır Kafir sayılmaz tanıyan Tanrını Alın yazısını Xose xırdalasa əgər Kafir olmaq - bu da bir əcəl Özümüz şagird, həyatımız müəllim Evimiz məktəb, son zəng ölüm -Gəldim, gəldim. Kimdir? -Əzrail
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out