Music Video

Mask Huseyn x Raiq x Sveyn - Geceler (can geceler)
Watch {trackName} music video by {artistName}

Featured In

Credits

PERFORMING ARTISTS
Elvin Nasir
Elvin Nasir
Performer
COMPOSITION & LYRICS
Elvin Nasir
Elvin Nasir
Lyrics

Lyrics

Elə bir xəritə çəkmisən mənə Elə bir xəritə çəkmisən mənə Düz yolu gedirəm amma azıram O qədər dərindən zərbə vurursan Üçüncü mahnımı sənə yazıram Qaranlıq səmada ulduzlar axır Zülmətin başımın üstdə dayanıb Gecənin seyrinə dalıb düşündüm Bəlkə də bu dünya gecə yaranıb Qar gecələr elə bil qar gecələr O böyük qaranlıq səma da gəlir dar gecələr Və nə vaxt gəlsə adım qopsun ürəylərdə bu söz İçində gecəni gizlədən bir adam var gecələr Dağıl ey dünya dağıl Sən ey dəniz ləpələn Bir gecə səsimə səs verin ki çəkəy car gecələr Qəlbimdə saray tikmisən daşları atəşdən Mən əzəldən bilirəm sənsən o Memar gecələr Elə bil buz tutub bədən sızıldayır sümüyüm Bilmirəm yağıbdır nə cür bu qədər qar gecələr Əgər ki günəş çıxan zaman yoxsa xoşbəxtlik Mən niyə gülmək üçün eyləyim israr gecələr Demişəm bağ gecəsən qara bir bağ gecəsən Mən o bağlarda ağac verməmişəm bar gecələr Sən mənim sevdiyim ol yarı almısan məndən Amma gəl qoyma toxunsun ona əğyar gecələr Nə olar bu gecə əzab yerinə Göylərdən yerlərə ulduzları səp Görsən ki boş qalıb onların yeri Yerlərdən göylərə yalqızları səp Gecənin zülməti gecədən qara Gecənin zülməti gecədən qara Boğuldum bu gecə hüzünə demə Gecələr gecəyə nifrət edirəm Amandı görəndə özünə demə Dar gecələr səması dar gecələr Sındırıb qəlbləri sən eyləmisən xar gecələr Hər gecə qaranlığda ulduzlar kölgəsində Nə qədər aşiqlər məşuq axtarar gecələr Nə qədər vurmusan öldürmüsən heç dinməmişəm Sonradan qibləyə tərs qazmısan məzar gecələr Nə qədər xəyallarım duyğularım parçalanır Ahu zar olmuş arzularda ahuzar gecələr Elə bir musiqisən hər notunda həsrət var Götürüb mizrabı vur simlərə ol tar gecələr Gündüz hər sifətdə beş dənə üz gördükcə Necə gülsün ki üzüm olum bəxtiyar gecələr Geyinib əyninə iblis donu paltar gecələr Gizlənib təbəssüm altında zəhrimar gecələr Məni boş ver və düzün söylə o vaxt neyləmisən Ki yazıbdır ki Vahabzadə Bəxtiyar gecələr
Writer(s): Elvin Nasir, Rəşad Cəfərov Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out