Lyrics

Durub önümdə yenə gül camalı sevgilimin Gəzir başımda dəmadəm xəyalı sevgilimin İnan mənim sözümə eylə etiqad müştaq Bütün cahana dəyər təkcə xalı sevgilimin Əman, əman, əman, əman Üzündə qaradır xalın Ay qaradır, qaradır xalın Əlində güllü dəsmalın Ay, güldür güllü dəsmalın Can almaq isə xəyalın Ay, tez eylə, tez eylə, tez eylə Yoluna güllər düzərəm, sevgilim Ay, eşqimizi mən bəzərəm, sevgilim Yolunda candan keçərəm, sevgilim Ay, əziz canına and içərəm, sevgilim Gül sənintək deyil göyçək Ay, deyil göyçək, deyil göyçək Eşitmişəm yalan-gerçək Ay, yalan-gerçək, yalan-gerçək Aran rəqiblə dəyəcək Ey, tez eylə, tez eylə, tez eylə Yoluna güllər düzərəm, sevgilim Ay, eşqimizi mən bəzərəm, sevgilim Yolunda candan keçərəm, sevgilim Ay, əziz canına and içərəm, sevgilim Bülbüləm, boş dolanmaram Dolanmaram, dolanmaram Cəh-cəhimdən dayanmaram Ay, dayanmaram, dayanmaram Bundan sonra inanmaram Hər gözələ, gözələ, gözələ, gözələ Yoluna güllər düzərəm, sevgilim Ay, eşqimizi mən bəzərəm, sevgilim Yolunda candan keçərəm, sevgilim O, əziz canına and içərəm, sevgilim Yoluna güllər düzərəm, sеvgilim Ay, eşqimizi mən bəzərəm Yolunda candan keçərəm, sevgilim Ay, əziz canına and içərəm
Writer(s): Xalq Mahnısı Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out