Lyrics

ÇARƏSİZ ZÜLFİYYƏ XANBABAYEVA Xəyallarıma qonaq gələrkən yaşanmış anlar İçim yanar, özlərəm səni Yağar ürəyimə gözlərindən qəmli leysanlar Əvvəlkitək istərəm səni Qəlbim qanadsız bir quşdur Nə zamandır, ömrüm boşdur Uzun illər ötsə də, gözlərəm səni Çarəsiz Sənlə biz bu sevgisiz, tək kimsəsiz Üşüdük tənhalıqdan bax hər ikimiz Eyni anda sən mənsiz və mən sənsiz Özümüzdən xəbərsiz biz çarəsiz Çox aciz bu sevgisiz, tək kimsəsiz Üşüdük tənhalıqdan bax hər ikimiz Eyni anda sən mənsiz və mən sənsiz Biz çarəsiz Yaş ötər, soyuyar keçər, ağrılar qalar arxada Keçmişimdə gizlərəm səni Bir-birimizin olmasaq da, fani dünyada Göylərdən səslərəm səni Sınmış duyğular daha coşmur Nə zamandır, ömrüm boşdur Uzun illər ötsə də, gözlərəm səni Biz çarəsiz Çox aciz, bu sevgisiz, tək kimsəsiz Üşüdük tənhalıqdan bax hər ikimiz Eyni anda sən mənsiz və mən sənsiz Özümüzdən xəbərsiz biz çarəsiz Sənlə biz bu sevgisiz, kimsəsiz Üşüdük tənhalıqdan hər ikimiz Eyni anda sən mənsiz və mən sənsiz Biz çarəsiz
Writer(s): Mc Murad Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out