Lyrics

Günlərin bir günü dünya verəcək badə məni Günlərin bir günü dünya verəcək badə məni Bir adam görməyəcək bir də bu dünyada məni Bir adam görməyəcək bir də bu dünyada məni Mən ölərkən eşidib halıma düşmən güləcək Görəsən, dərdə batan yazıq anam neyləyəcək? Nə yarım axtaracaq, "haradadır, yarım?" deyəcək Nə də bir can dediyim kəs salacaq yada məni Günlərin bir günü dünya verəcək badə məni Günlərin bir günü dünya verəcək badə məni Bir adam görməyəcək bir də bu dünyada məni Bir adam görməyəcək bir də bu dünyada məni Eybi yox, qoy mən ölüm, siz qalasız sağ, dostlar Dost deyib qəlbimə çox çəkdi dağ alçaq dostlar Həmi yaltaq, həmi satqın, həmi qorxaq dostlar Gördülər hər zaman aldanmağa amadə məni Günlərin bir günü dünya verəcək badə məni Günlərin bir günü dünya verəcək badə məni Bir adam görməyəcək bir də bu dünyada məni Bir adam görməyəcək bir də bu dünyada məni Sən, ilahi, məni nadanlara bənzətməmisən Üzü insan, içi şeytanlara bənzətməmisən O təkəbbür dolu insanlara bənzətməmisən Yenə min şükr ola xəlq eyləmisən sadə məni Günlərin bir günü dünya verəcək badə məni Günlərin bir günü dünya verəcək badə məni Bir adam görməyəcək bu dünyada məni Bir adam görməyəcək Varlığımçün darıxanlar məni xatırlasalar Yad edərlər bu nəqəratdakı misrada məni
Writer(s): Elnur Valeh Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out