Lyrics

Səni başqa sahildə görmək ürəyimi incitdi illər sonra Xoşbəxtliyin iki şəkli - biri dağ idi, biri yol Nağıl kimiydi evimizə qayıtmaq illər sonra Nağılı açdım ki, valideynimin biri var idi, biri yox Getmək-gəlmək qalmaq beyində əbədi dilemma Son dəfə qərar verirsən, çıxır yenə də bir əmma Xeyir dəftərində istədim şəhərə qayıb qoymaq Mən sadəcə istədim hansısa şəhərə aid olmaq İllər keçir, böyüyür bədən, artır rəqəm, ürəksə Sanki daha çox sevgi tuturdu balaca vaxtı Evim dəniz, illər günəş, dəniz sahilinə isə Ürəyimə çəkdiyi dağdan atam çay olub yarıcan axdı Nə qədər varıqsa, var bizlə bir yaşayanlar Pillə-pillə tərtib edəcək yaddaşı anlar Nə qədər varam musiqinin dəyişən axışı olacaq Gedəndə anam mesaj yazdı "hər şey yaxşı olacaq" Düşdü dənlər saçlarıma illər sonra Soyuq insan bağlarında güllər solar Yaşa dolmaq yaşla dolan gözlər kimi Gedir üzlər, qalır izlər illər sonra Zaman oğurlayır ruhu evimizdən Yerində tikir otel Böyük ailəlik çay süfrəsində indi iki latte Məndən qabaq görsən atama de Bircə dəqiqəlik zəng vursun, ona əlvida deyim Bu şəhərin hər küçəsində, hər parkında xatirə Bütün izlər sanki uşaqlığımın yerini deyir Neçə yaxın tükəndi ki, doğmalaşdım yad ilə? Köhnə mahnılarım eyni olsa da Hisslər eyni deyil Neçə ac ruha çörək verdim dərdlərimdən üyüdüb Bu şəhərdə, görən, neçə fərd dərdlərimlə böyüdü? İntihar edən gəmilər lövbərin atır dərinə Kəsib atmalı olduqlarımı da Həyat kəsib atır yerimə Xoşbəxtliyi tapmaq çətin, olmadan güclü varlı Necə ki, tikilə bilməz heç bir ev üç divarlı Bütün savablarımı puç edə biləcək günah sənsən Mənim evim yoxdur, çünki dördüncü divar sənsən Düşdü dənlər saçlarıma illər sonra Soyuq insan bağlarında güllər solar Yaşa dolmaq yaşla dolan gözlər kimi Gedir üzlər, qalır izlər illər sonra Düşdü dənlər saçlarıma illər sonra Soyuq insan bağlarında güllər solar Yaşa dolmaq yaşla dolan gözlər kimi Gedir üzlər, qalır izlər illər sonra
Writer(s): Orkhan Zeynalli, Emin Memmedov Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out