Music Video

Featured In

Credits

PERFORMING ARTISTS
Elvin Babazadə
Elvin Babazadə
Lead Vocals
COMPOSITION & LYRICS
Sərxan Isgəndərov
Songwriter
Məhəmməd Isgəndərov
Lyrics
PRODUCTION & ENGINEERING
Dahin Malik
Dahin Malik
Mixing Engineer
SarkhanBeats
SarkhanBeats
Producer

Lyrics

Biri dərd, biri dərdimə dərman Biri mən, biri məndən də yaman Sevirəm, bir-iki günlük amma Sonsuzluğadək kimdir mənə qalan? İşığını üzümə salır gecə ay tam güzgüdən İçimdəki ölkə üsyan içindədi, paytaxt tüstüdə Özümü xəyallara daşıma günüm İçimdəki uşaq öz yaşıma gülür Çəhrayı həyatım başıma dönür Bulanır ürəyi, qaytarır üstümə Mən ən güclü, mən ən düşən Mən özümə uzaqdan gəlmişəm Xəyallarım ürəyimlə tən düşər Ona görə yoxdur heç bir əndişəm Mən aslılıq və vərdişəm Üzərimə düşən işıq həmişə Gözlərimdə qalır, bunu görür hamı Ona görə ürəyimcə tapa bilmirəm yarı Axı mənə Biri dərd, biri dərdimə dərman Biri mən, biri məndən də yaman Biri sərt çəkər ürəyimə dağlar Biri məni çəkə-çəkə üzərinə bağlar Biri dərd, biri dərdimə dərman Biri mən, biri məndən də yaman Sevirəm, bir-iki günlük amma Sonsuzluğadək kimdir mənə qalan? Xəyal edib yatdığım onla olan neçə gecə, neçə yuxu var Axı sevgi ovçusunun ürəyimə atılıb qırılan neçə oxu var Amma artıq dəyişib hər şey, bu sevgi girməz daha yuxuma İndi onun nəyi vardısa, məndə ondan qat-qat Daha çoxu var Atıb hər şeyi üzərimə, çıxıb aradan Necə seçə bilmədim mən ağı qaradan Almaz ki, canını uca yaradan Bunu yaşatmadan, yaşatmadan Bax, yeni sevgi qoxusu gəlir havadan Gizlənirəm, tapır axı məni haradan Varsa gəlsin eşq, amma sonradan Yenə yalan dolanlar olmadan Biri dərd, biri dərdimə dərman Biri mən, biri məndən də yaman Biri sərt çəkər ürəyimə dağlar Biri məni çəkə-çəkə üzərinə bağlar Biri dərd, biri dərdimə dərman Biri mən, biri məndən də yaman Sevirəm, bir-iki günlük amma Sonsuzluğadək kimdir mənə qalan? Varsa gəlsin eşq, amma sonradan Yenə yalan dolanlar olmadan
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out