Music Video

Music Video

Credits

PERFORMING ARTISTS
Rasim Müzəffərli
Performer
COMPOSITION & LYRICS
Rasim Imanov
Rasim Imanov
Composer
Bəxtiyar Vahabzadə
Songwriter

Lyrics

Sən getdin, elə bil dünya boşaldı
Yaz da köçüb getdi, yeri boş qaldı
Bahar ürəyimi sənsiz qış aldı
Mən yaza vurğunam, qışı neylərəm?!
Neylərəm, neylərəm, neylərəm?!
Mən yaza vurğunam, qışı neylərəm?!
Eşqimi aparıb sən getdin, demək
Eşqsiz bir könül nəyimə gərək?
Sinəmdə daş oldu o gündən ürək
Sinəmdən asılan daşı neylərəm?!
Neylərəm, neylərəm, neylərəm?!
Sinəmdən asılan daşı neylərəm?!
Həmişə ayrıyıq – gecə-gündüzük
Birimiz təpəyik, birimiz düzük
Üstünün qaşıyla tanınar üzük
Əgər üzük yoxsa, qaşı neylərəm?!
Neylərəm, neylərəm, neylərəm?!
Əgər üzük yoxsa, qaşı neylərəm?!
Həmişə sənsizəm, mən niyə sənsiz?!
Nə yerə baxmaram, nə göyə sənsiz!
Mən ki kor olmuşam hər şeyə sənsiz
Kor gözün üstündə qaşı neylərəm?!
Neylərəm, neylərəm, neylərəm?!
Kor gözün üstündə qaşı neylərəm?!
Neylərəm, neylərəm, neylərəm, neylərəm, neylərəm?!
Kor gözün üstündə qaşı neylərəm?!
Written by: Bəxtiyar Vahabzadə, Rasim Imanov
instagramSharePathic_arrow_out

Loading...