Music Video

Featured In

Credits

PERFORMING ARTISTS
Pranga
Pranga
Performer
JA
JA
Performer
COMPOSITION & LYRICS
JA
JA
Songwriter
Javid Amirkhanli
Javid Amirkhanli
Songwriter

Lyrics

Sən yarımın qasidisən, Əylən Sənə çay demişəm. Xəyalını göndəribdir bəs ki, mən ax-vay demişəm, Ax gecələr yatmamışam, mən Sənə lay-lay demişəm, Sən yatalı mən gözümə ulduzları say demişəm İndi gözlərindəyəm, ona görə də ağlama, İzin vermə göz yaşın olub düşüm yanağına. Yandırırdı hər gecə xəyalını qucaqlamaq, Zülfümün hər şanəsi keçdi ömür darağına. Nə qədər zaman keçsə də burda sol yanımdasan, Yağış ətirli saçlarını sığallasın küləklər, Qarışmısan damarlarıma dövr edən qanımdasan, Yüz illər belə keçsə unudulmur mələklər. Yoluma bax, ölümə gedən hər qatarla səfərdəyəm, Üzümə bax, tanış gəlirmi gör indi bu qırışlar? Ordayam yenə, öldürdüyün o yerdəyəm, Yenə də həmin küçəni isladırdı yağışlar Ağlama, axı Sən ağlasan mən də ağlaram, İstəməzdim hər gecə ağrılarımı görəydin, Saçına düşən yağış, pəncərəndə damla qaram, Bahar gəldi, mən də gedim yolçu yolda gərəkdi. Getmə, çünki gedişinə dözməyəcəm mən düzü, Sənin qızıl şanələrini vəsf eliyir hər sözüm. Həmişə üzüm gülsə də, bir də gülmüyəcək gözüm, Onda nə xeyri var əgər qoy heç gülməsin üzüm. Gündüzüm, həsrətdir bax indi günəşə gündüzüm, Gətir o qızıl zülfünün tellərində gül düzüm. Alışmışam yanımda olmadığın hər gecə, Bir-iki tütün alışsın, badələrimə mey süzüm, Və vücudumun sol yanında çiynim üstə qalıb izin, Cavid deyə bilməmişdi: "Getmə, Yağmurun qızı" Hər ayrılıq günündə küçələrində külək əsir, Deyəsən, heç Bakı da onda sevməmişdi bizi. Qonaq gəldi xəyalın, danışdıq bütün gecə, Danışdıq amma sonda getməyi ilə barışmadım. Niyəsə yazanda Cavid, ağlıyırdı dün gecə, Bir də mənim həyatımda olmayacaq Yağış Qadın. Sən gələndə milyonların içincə yalnızıydım, Küləklərlə gəlmiş idin, küləklərlə gedirsən, Dəniz rəngli gözlərinlə tanrıların qızıydın. Cənnətdən gəlmiş idin, indi mələklərlə gedirsən. Əllərim boş qalıb, yazılarımda azırdım, Sən heç istəməsən də təkcə Səndən yazırdım. Dünən gecə xəyalın qonaq gəldi otağıma, Tüstü şəraba qardaş oldu və bu mahnı yazıldı. Xəzər lazım deyil mənə onsuz da gözlərin dəniz, Mənim qara gözlərim kimi qaradı bəxtimiz, İçimdə varsan deyə ölüm qorxudur məni. Biraz kədər, biraz qəm və bitti bizim hekayəmiz. Getmə, çünki gedişinə dözməyəcəm mən düzü, Sənin qızıl şanələrini vəsf eliyir hər sözüm. Həmişə üzüm gülsə də, birdə gülməyəcək gözüm, Onda nə xeyri var əgər qoy heç gülməsin üzüm. Gündüzüm, həsrətdir bax indi günəşə gündüzüm, Gətir o qızıl zülfünün tellərində gül düzüm. Alışmışam yanımda olmadığın hər gecə, Bir-iki tütün alışsın, badələrimə mey süzüm, Və vücudumun sol yanında çiynim üstə qalıb izin, Cavid deyə bilməmişdi: "Getmə, Yağmurun qızı" Hər ayrılıq günündə küçələrində külək əsir, Deyəsən, heç Bakı da onda sevməmişdi bizi Getmə, çünki gedişinə dözməyəcəm mən düzü, Sənin qızıl şanələrini vəsf eliyir hər sözüm. Həmişə üzüm gülsə də, birdə gülməyəcək gözüm, Onda nə xeyri var əgər qoy heç gülməsin üzüm. Gündüzüm, həsrətdir bax indi günəşə gündüzüm, Gətir o qızıl zülfünün tellərində gül düzüm. Alışmışam yanımda olmadığın hər gecə, Bir-iki tütün alışsın, badələrimə mey süzüm, Və vücudumun sol yanında çiynim üstə qalıb izin, Cavid deyə bilməmişdi: "Getmə, Yağmurun qızı" Hər ayrılıq günündə küçələrində külək əsir, Deyəsən, heç Bakı da onda sevməmişdi bizi Hər kəs sənə ulduz deyə, özüm Sənə ay demışəm, Sənin gün tək batmağını, ay batana tay demişəm, Hər gözəldən bir gül alıb Sən gözələ pay demişəm, İndi yaya qış deyirəm, sabiq qışa yay demişəm, Gah toyunu yadə salıb, mən dəli nay nay demişəm, (Gah toyunu yadə salıb mən dəli nay nay demişəm) Sonra yenə yasə batıb ağları hay-hay demişəm, Ömrə sürən, mən qara gün, ax demişəm, vay demişəm.
Writer(s): Javid Amirkhanli Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out