Music Video

Featured In

Listen to Qızım - Single by Qaraqan
ALBUMQızım - SingleQaraqan

Credits

COMPOSITION & LYRICS
Elkhan Zeynalli
Elkhan Zeynalli
Songwriter

Lyrics

Qızım, dilimin şəkəri, duzu Ömrümün baharı, yazı Ruhumun sözü, avazı, qızım Ən gözəl alın yazım Ən gözəl alın yazım Ən gözəl alın yazım Qızım, dilimin şəkəri, duzu Ömrümün baharı, yazı Ruhumun sözü, avazı, qızım Ən gözəl alın yazım Ən gözəl alın yazım Ən gözəl alın yazım Qızım Səni qoruyum soyuq əllərdən İsidim günəşi doğmayan günlərdən Acı dillərdən, dəyərsiz ellərdən "Xoş gəldin"i olmayan evlərdən Səni qoruyum içimdə dinsizlikdən Və dinlərdən İzim qalacaq məndən sənsən, qızım Mən silah sən sipərsən, qızım Qaldırarsan çökərsə dizim Anlayarsan bitərsə sözüm Yalan olsam söylərsən düzün Bir gün ölsəm bağlarsan gözüm Sən gələcəyin atəşi — mən olacam kömürün, közün Səni dəyişmərəm min bir dərdimə dərmana səni can bahasına Səni mən istərəm həyat olsa da mənə zindan qan bahasına Əlindən tutan barmaqlarım bir gün olsa sənə barmaqlıqlar Səni qurtararam hətta özümdən özümə qarşı üsyan bahasına Qızım dilimin şəkəri, duzu Ömrümün baharı, yazı Mənim ruhumun avazı Bu dünya səndən narazı İblis yalanın atası Pıçıldar: tənhalıq — azadlıq Dəyişib sözlərin mənasın Sözlərin anlamın, dəyişir İblis tamamın Bilsək də sonunu əzbər yenə də izlərik dizinin davamın Halalın, haramın qaldımı anlamı, ətrafa bax, qızım Adını dəyişdik şəkərlə duzun, amma eyni dadı, tamı Çağdaşlıq fəlsəfəsin parçalaram bir bardaşlıq Dünyanı qardaşlıq sanıb özümüz-özümüzə yadlaşdıq Gələcəklə ayaqlaşmaq üçün, keçmişi tapdaladıq, qızım Qalmadı özümüzdə dəyərlərimiz, hər kəslə paylaşdıq Çadradan qurtulduq, amma düşüncələrimiz darlaşdı Dirçəldi dillərimiz, amma şəkilçilərimiz karlaşdı Bu nə cür savaşdır? Bu nə cür qələbədir? Bu nə cür azadlıq? Vətəni qoruyan ataya evində övladı yadlaşdı Analar unutdu ana dilin, qul indi azad amma hara gedir? Göyərçin yuvası geniş olsun deyə, lələyi gözəl olsun deyə öz balasını didir Söylə bu tərəqqimi, söylə bu dözümlülük ya da nifrətdir? Ən çox ev zorakılığı olan evin adı nədir? Adı ana bətni Qızım, dilimin şəkəri, duzu Ömrümün baharı, yazı Ruhumun sözü, avazı, qızım Ən gözəl alın yazım Ən gözəl alın yazım Ən gözəl alın yazım Qızım, dilimin şəkəri, duzu Ömrümün baharı, yazı Ruhumun sözü, avazı, qızım Ən gözəl alın yazım Ən gözəl alın yazım Ən gözəl alın yazım Qızım, dilimin şəkəri, duzu Ömrümün baharı, yazı Ruhumun sözü, avazı, qızım Ən gözəl alın yazım Ən gözəl alın yazım Ən gözəl alın yazım Qızım, dilimin şəkəri, duzu Ömrümün baharı, yazı Ruhumun sözü, avazı, qızım Ən gözəl alın yazım Ən gözəl alın yazım Ən gözəl alın yazım Qızım
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out