Lyrics

Saz götürüm, dastan yazım hüsnünə Bahar günlərindən tazə kəndimiz Güllü yaylaqların, meyvə bağların Güllü yaylaqların, meyvə bağların Hər şeydən əzizdir bizə kəndimiz Hər şeydən əzizdir bizə kəndimiz Kəndimiz, kəndimiz, kəndimiz Kəndimiz, kəndimiz, kəndimiz Nə qəşəngdir, nə göyçəkdir kəndimiz Almalı, heyvalı, narlı kəndimiz Ay, qızıldır hər qarış torpağın, daşın Odur ki, dağlardan ucadır başın Şakirəm, hüsnünə min dastan qoşum Şakirəm, hüsnünə min dastan qoşum Layiqsən, layiqsən, layiqsən şeir, sözə, kəndimiz Nə qəşəngdir, nə gözəldir kəndimiz Kəndimiz, kəndimiz, kəndimiz Kəndimiz, kəndimiz, kəndimiz Nə qəşəngdir, nə göyçəkdir kəndimiz Almalı, heyvalı, narlı kəndimiz Yenə gəldi yaz ayları Bülbül gülə naz eyləyir Sevirəm sözün deməyə Sevirəm sözün deməyə Naz, naz, naz, naz Dodaq dilə naz eyləyir Dil dodağa naz eyləyir Naz eyləyir, naz eyləyir Naz eyləyir, naz eyləyir Dodaq dilə naz eyləyir Dil dodağa naz eyləyir Aşıq Əhliman çarası Gözümün ağı-qarası Aşıq Əhliman çarası Gözümün ağı-qarası Qaş-qabaqla yox arası Qaş-qabaqla yox arası Gülə-gülə naz eyləyir Gülə-gülə naz eyləyir Naz eyləyir, naz eyləyir Naz eyləyir, naz eyləyir Gülə-gülə naz eyləyir Gülə-gülə naz eyləyir A Leyli, Leyli, Leyli Muleyli, Leyli, Leyli Pəncərəni bağlama, Muleyli Mən gedirəm, ağlama, Muleyli Gedib yenə gələrəm, Muleyli Özgəyə bel bağlama, a Leyli A Leyli, Leyli, Leyli, Muleyli Qızın şirin dilləri, Muleyli A Leyli, Leyli, Leyli, Muleyli Qızın şirin dilləri, Muleyli Ala gözlü, nazlı maral Anam sizə elçi gəlir Get, anandan muştuluq al Get, anandan muştuluq al Anam sizə elçi gəlir Anam sizə elçi gəlir Elçi gəlir, elçi gəlir Elçi gəlir, elçi gəlir Anam sizə elçi gəlir Anam sizə elçi gəlir Qonşulara sal harayı Qoy eşitsin əmi, dayı Qonşulara sal harayı Qoy eşitsin əmi, dayı Hazır saxla şirin çayı Hazır saxla şirin çayı Anam sizə elçi gəlir Anam sizə elçi gəlir Elçi gəlir, elçi gəlir Elçi gəlir, elçi gəlir Anam sizə elçi gəlir Anam sizə elçi gəlir A-a-ay, ay qız, sənə mailəm Boynunda həmailəm Dost payı şirin olar Hər nə versən, qailəm Ay qız, sənə mailəm Boynunda həmailəm Dost payı şirin olar Hər nə versən, qailəm Qaşın, gözün, şirin sözün Aldı məni canımı Qaşın, gözün, sözün Aldı məni canımı Mən sənə qurban Mən sənə heyran Ceyran, amandır, ceyran Halım yamandır, ceyran Üç gün vədə vermişdin Üç ay tamamdır, ceyran Ceyran, amandır, ceyran Halım yamandır, ceyran Üç gün vədə vermişdin Üç ay tamamdır, ceyran Buradan uzaq Gəncədir, evlər pəncə-pəncədir Ölüm Allah işidir, ayrılıq işgəncədir Buradan uzaq Gəncədir, evlər pəncə-pəncədir Ölüm Allah işidir, ayrılıq işgəncədir Ceyran, ceyran, ceyran Ceyran, ceyran Ceyran, amandır, ceyran Halım yamandır, ceyran Üç gün vədə vermişdin Üç ay tamamdır, ceyran Ceyran, amandır, ceyran Halım yamandır, ceyran Üç gün vədə vermişdin Üç ay tamamdır, ceyran Kef üstündən, ay, kefimizə Gəlib çıxdı, ay, meşəbəyi "Buyur" dedim, oy, atdan düşdü Bardaş qurdu, oy, meşəbəyi Ağrın alım, oy, meşəbəyi Dərdin alım, oy, meşəbəyi Ağrın alım, oy, meşəbəyi Dərdin alım, oy, meşəbəyi Cilvələnib nə qarşımda durmusan? Cilvələnib nə qarşımda durmusan? Anam sənə qurban, ay sarı köynək Özüm sənə qurban, ay sarı köynək Mələksən, çıxmısan cənnət bağından Mələksən, çıxmısan cənnət bağından Heç kim olmaz sənə tay, sarı köynək Özüm sənə qurban, ay sarı köynək Ay tuti dilli, sərvi boylu Salatın Tuti dilli, sərvi boylu Salatın Yoxdur mərhəməti bu səltənətin Yoxdur mərhəməti bu səltənətin Ay, göndər gəlsin Ələsgərin xələtin Göndər gəlsin Ələsgərin xələtin Еyləmə əməyin zay, sarı köynək Anam sənə qurban, ay sarı köynək Özüm sənə qurban, ay sarı köynək
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out