Lyrics

Dedin: "Qayıdacam, yolumu gözlə" Gözləyə-gözləyə bitdi ömür, gün Həsrətlə gözlədim aylar, illəri Ömrümə ağır daş olubdur bu gün Dedin: "Qayıdacam, yolumu gözlə" Gözləyə-gözləyə bitdi ömür, gün Həsrətlə gözlədim aylar, illəri Ömrümə ağır daş olubdur bu gün Qaranlıq gecənin, qaranlıq gecənin Sirli aləmi Ən yaxın dostuma, ən yaxın dostuma Dönübdür bu gün Qaranlıq gecənin, qaranlıq gecənin Sirli aləmi Ən yaxın dostuma, ən yaxın dostuma Dönübdür bu gün Açıb qollarını həsrətlə sən Nə olar, sevgilim, məni gözləsən Könlümü oxşayıb məni dindirsən? İnan ki, ürəyim dolubdur bu gün Açıb qollarını həsrətlə sən Nə olar, sevgilim, məni gözləsən Könlümü oxşayıb məni dindirsən? İnan ki, ürəyim dolubdur bu gün Qaranlıq gecəmin, qaranlıq gecəmin Sirli aləmi Ən yaxın dostuma, ən yaxın dostuma Dönübdür bu gün Qaranlıq gecənin, qaranlıq gecəmin Sirli aləmi Ən yaxın dostuma, ən yaxın dostuma Dönübdür bu gün Səni hər gün sevdim, hər gün Mənə etdiyin eşqdən küskün Gecələr zülmətlər içində Qəlbim deyir ki, döz bu gün Elə bu gün də qayıdacaq, bu gün olacaq Bu gün həsrətlərə son qoyulacaq Gözlədim hər gün, hər gecə Eləcə də gözləyirəm səni indicə Varmı, mən qədər inanan varmı? Sonda aldanan, de? Varmı, mən qədər alışan varmı? Sənin odunda yanan, de? Sənli o günlərim, sənli-sənsiz xatirələrim Qaldı dünəndə Gələcəksən, deyəcəksən: "Səni sevirəm" Sev bu gün Qaranlıq gecəmin, qaranlıq gecənin Sirli aləmi Ən yaxın dostuma, ən yaxın dostuma Dönübdür bu gün Qaranlıq gecənin, qaranlıq gecənin Sirli aləmi Ən yaxın dostuma, ən yaxın dostuma Dönübdür bu gün
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out