album cover
Buz
7
Rap
Buz was released on November 12, 2023 by Bakond Records as a part of the album Buz - Single
album cover
Release DateNovember 12, 2023
LabelBakond Records
Melodicness
Acousticness
Valence
Danceability
Energy
BPM89

Music Video

Music Video

Credits

PERFORMING ARTISTS
PNG
PNG
Rap
COMPOSITION & LYRICS
Fagan Mardanov
Fagan Mardanov
Composer
Doz Beats
Doz Beats
Arranger
PRODUCTION & ENGINEERING
Doz Beats
Doz Beats
Producer
akshinmusic
akshinmusic
Mixing Engineer

Lyrics

Ey, PNG, North Side
Nə qədər dərd, yorğun insan, bitkin
Hər gün alınır risk amma bitmir
Zirvənin yox ucu, səhnələr yorucu
Çəkilən kino heç cürə bitmir
Çirkin üst-baş, əldən bilinir kir
Əziyyət tanışdır, biz bilirik kim
Qanı qara dözür, başıysa dik, kim nə bilir ki
Çətinliyin hər cürəsini həyat eləyir təsvir
Kim rəssamlığın boyuna alar belə qəddar rəsmin?
İtirib daxili səsini, daxil onsuz onla tərsdir
Quran qurubdur tələsini, həlledici qərar tələsmir, ey
Yıxılmır, üstə gəlir min cürə kədər
Ciyərlər tüstüdən hədər, hər zərbə qəlbi dərbədər
Nə qədər keçdim önünə, göstərir elə güzgülər həmən
Daha yoxdur bir arzu təkcə sevinim üz gülən qədər
Üstünəm hələ yox, dedizdirmir həyat
Hər kəsdən uzaq, etməz hisslərini bəyan
Dayan, elədiyin ondan uzaq, dayan
Damcıları sevən o, sən parçalanan qaya
Düşmür hər yaşlıya hörmət
Oxuyan tələbəyə töhmət
Ömür bizə verilən möhlət
Yüksək çalış al qiymət
Ver insanlığa töhfə
Bir gün çatacaq növbə
Fikirləş bu həyat dialoqu
Gənclik ən ağır söhbət
Nə qədər dərd, yorğun insan, bitkin
Hər gün alınır risk amma bitmir
Zirvənin yox ucu, səhnələr yorucu
Çəkilən kino heç cürə bitmir (Ey)
Çirkin üst-baş, əldən bilinir kir
Əziyyət tanışdır, biz bilirik kim
Qanı qara dözür, başıysa dik, kim nə bilir ki
Heç kim heç nə bilmir, hər cür çənələr işlər
Gələcək düşüncəsi ilə günboyu işlə
Vərdişlər, nədir bilmir ki, çörək qazancı dişlə
Zəhməti yoxdur, atası hesabı yüksəlişdə
Qaçaqaç həyat yarışı, finish hardadır, kim nə bilir
Səhərin saatlı zəngi, necə həyəcan təbili
Hər şeyin dadına baxmaq arzusuyla yanıb tutuşma
Baxdığı son şey olacaq, şübhəsiz ki, can qəbrin
Aparmır heç bir şey uzaqlara
Dönmüşük kiməsiz uşaqlara
Aldanıb açılan qucaqlara
Düşmüşük dağlardan ucalmadan
Nə gedən var burdan, nə gələn var
Eləyir bizləri nələr vadar
Gülüb danışırıq, içimiz buz
Bilmirlər ki, dərdi nə qədər var
Nə qədər dərd, yorğun insan, bitkin
Hər gün alınır risk amma bitmir
Zirvənin yox ucu, səhnələr yorucu
Çəkilən kino heç cürə bitmir, ey
Çirkin üst-baş, əldən bilinir kir
Əziyyət tanışdır, biz bilirik kim
Qanı qara dözür, başıysa dik, kim nə bilir ki
Nə qədər dərd, yorğun insan, bitkin
Hər gün alınır risk amma bitmir
Zirvənin yox ucu, səhnələr yorucu
Çəkilən kino heç cürə bitmir
Çirkin üst-baş, əldən bilinir kir
Əziyyət tanışdır, biz bilirik kim
Qanı qara dözür, başıysa dik, kim nə bilir ki
Written by: Fagan Mardanov
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...