album cover
#21
6
Hip-Hop/Rap
#21 was released on February 19, 2026 by mikpro as a part of the album #21 - Single
album cover
Release DateFebruary 19, 2026
Labelmikpro
Melodicness
Acousticness
Valence
Danceability
Energy
BPM114

Credits

PERFORMING ARTISTS
Akata
Akata
Rap
COMPOSITION & LYRICS
Tural Bağırzadə
Composer
Hüseyn Quluzadə
Songwriter
PRODUCTION & ENGINEERING
Akata
Akata
Producer

Lyrics

Xeyrim cəfadır mənim əzəldən
Deyirlər, qozbeli qəbir düzəldər
Qurtarır canım mənim məni üzəndən
Sənin sevgin kapitaldır, necə məzənnə
Seçmişəm indi mən dışlamağı
Dodaqlar çatlaq, yaş damağım
Gərək, unudum mən kaş adını
Sevmərəm bir daha qış qadını
Xərclədin hissimi “cash” kimi
İstəmir ürəyim heç kimi
Tənha insan tənha küçədə
Boz kütlədə mən leş kimi
21 ildə 21 güllə
Depressiv karantin 21 günlə
Tanrıdan zərrəyəm, qəbrimə güllər
Torpaqdan gəlmişik, torpağa küllər
Nifrət etmirəm mən sənə
Ülfət etmirəm mən sənə
Rüfət demirəm mən sənə
Nifrət edirəm mən sənə
Nifrət edirəm mən sənə
Nifrət edirəm mən sənə
Nifrət edirəm mən sənə
İki ildir, gəzirəm mən üzümdə maska
Cəmiyyət olub bronxit, tüstüdə kaska
Günah qədər üstümdə vardır palyaska
Sənə qarşı soyuğam mən, necə Alyaska
Deyilən sözlər zərbə qədər
Səni istəmirəm mən zərrə qədər
Zərər verər, necə gübrələyər belə
Qoyunca meyitimi qəbirə qədər
Yaşamaq istərdim mən səni deyə-deyə
Yuxuda açıram gözümü, “уже” həridəyəm
İstəmirəm geri qalmaq, amma geridəyəm
Azadlığa baxma, mama, hələ tələdəyəm
İstəmirəm özüm-özümə nifrət eləmək
İstəmirəm özüm-özümə xiffət eləmək
İstəmirəm özüm-özümə xidmət eləmək
Belə istəmirəm özüm-özümə diqqət eləmək
Görmüşəm səni mən bəyazın içində
İnsanlar neqativ ayazı içirlər
Dəryada sanırdım, özümü tapmışam
Qan dolu dayazın içində mən
Qalma heç vaxt biçarə, bil çarə
Biçənəyə biçənə verməlisən
Bir çörək, ya can, ey ruh
Olaram gəminin başına Nuh, Nuh, Nuh
Sipərimə çapa bilər, sinirimə çata bilər pik həddə
Bəlkə də, bu qədər səbrimi tükədər
Bir qədər dərk edər, yenidən tərk edər
Min dəfə həkk edər o
Gözlərinə baxan kimi basır yenə tər bədən
Hər nədən edə bilər belə bizi dərbədər
Salar yeni fəndlərə, tələsən təndirə yox
Gedib girir necə birbaşa “tinder”ə
Bitir artıq iyirmi birim, həyat bizi yordu
Biopolyardır pozuntular, piranaya ordu
Ad günümdür, kimdir qonaq, kəsim, verim tortu
Nəfəslərim itib batır, paranoyyam xortum
Written by: Hüseyn Quluzadə, Tural Bağırzadə
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...