album cover
Mama
44
Hip-Hop/Rap
Mama was released on February 23, 2026 by mikpro as a part of the album F5 - EP
album cover
AlbumF5 - EP
Release DateFebruary 23, 2026
Labelmikpro
Melodicness
Acousticness
Valence
Danceability
Energy
BPM72

Music Video

Music Video

Credits

PERFORMING ARTISTS
Epi
Epi
Rap
COMPOSITION & LYRICS
Emin Memmedov
Emin Memmedov
Composer
Əkbər Novruzlu
Songwriter
PRODUCTION & ENGINEERING
Aligee
Aligee
Mixing Engineer, Mastering Engineer
Clavis
Clavis
Producer

Lyrics

Qışım sərt keçir, gəlir o yandan da yaz
Dəniz dərin gəlir sənə, məncə, o yandan dayaz
Yatmısansa əgər, mənə, məncə, oyananda yaz
Əgər ölüb getmisənsə, mənə o yandan da yaz
Bura çox haram dünyadır
Yığıb bu nömrəyə kədərlənmə
Halalla haram qarışanda
Verir bünövrəyə zəhərlənmə
Pis düşünüb kədər qurmuram
Heç vaxt damarıma zəhər vurmuram
Bütün uşaqlara deyəcəm bir gün
Mən artıq pula görə səhər durmuram
Nə vecimə sərvət, mal, nə də dövlət
Dalına düşməyəcəmsə
Nə vecimə surət, radara
Sevdiyim qadınla düşməyəcəmsə
Nə vecimə şöhrət, səhnədən düşəndə
Ağlına düşməyəcəmsə
Nə vecimə diqqət, "срок"da
Heç kimin yadına düşməyəcəmsə
Mama, getdiyim yol çox düz yoldur
Uşaq ikən ulduzları seyr edən oğlun böyüdü, ulduz oldu
Mama, fəxr elə, bu, sənin uğurundur
"Trend"ləri izləyə bilərsən, onları yaradan sənin oğlundur
Mama, getdiyim yol çox düz yoldur
Uşaq ikən ulduzları seyr edən oğlun böyüdü, ulduz oldu
Mama, fəxr elə, bu, sənin uğurundur
"Trend"ləri izləyə bilərsən, onları yaradan sənin oğlundur
Özüm dəyişdim, özgə dəyişmir
Arxanca gələn kölgə dəyişmir
Hərə bir yandan məsləhət verir
Həyatını yaxşı yöndə dəyişdir
Mən heç kimə düşmən deyiləm
Bilərək hamısına söz atırmışam
Məktəbdən atılmamışam
Mən məktəbdən həyata tez atılmışam
Saçlarınla yarışda zaman
Pak insan deyiləm, bağışla, mama
Evimizin damı başımın damıdır
Qoymaram, içəri yağış da dama
O qədər əmin də deyildim
Çətin idi, doğma əmim də gördü
Atam üçün əlimdən gələni elədim
Atam qardaşımın əlində öldü
Mama, getdiyim yol çox düz yoldur
Uşaq ikən ulduzları seyr edən oğlun böyüdü, ulduz oldu
Mama, fəxr elə, bu, sənin uğurundur
"Trend"ləri izləyə bilərsən, onları yaradan sənin oğlundur
Mama, getdiyim yol çox düz yoldur
Uşaq ikən ulduzları seyr edən oğlun böyüdü, ulduz oldu
Mama, fəxr elə, bu, sənin uğurundur
"Trend"ləri izləyə bilərsən, onları yaradan sənin oğlundur
Qışım sərt keçir, gəlir o yandan da yaz
Dəniz dərin gəlir sənə, məncə, o yandan dayaz
Yatmısansa əgər, mənə, məncə, oyananda yaz
Əgər ölüb getmisənsə, mənə o yandan da yaz
Written by: Emin Memmedov, Əkbər Novruzlu
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...