album cover
İribuynuzlu
7
Hip-Hop/Rap
İribuynuzlu was released on June 10, 2026 by 140 Vibes as a part of the album İribuynuzlu - Single
album cover
Release DateJune 10, 2026
Label140 Vibes
Melodicness
Acousticness
Valence
Danceability
Energy
BPM89

Credits

PERFORMING ARTISTS
F'rhyme
F'rhyme
Rap
COMPOSITION & LYRICS
Novruz Ali Xəlilov
Composer
Fikrət Tağıyev
Songwriter
PRODUCTION & ENGINEERING
F'rhyme
F'rhyme
Producer
Ariabud Sharifi
Ariabud Sharifi
Mixing Engineer, Mastering Engineer

Lyrics

Kim isə olmaq deyil axmaqların özlərindən aslı
Sistemin qarderobuna sığınan bir-birinin eynisi
İş uniformaları tək vücudun öz dərindən asılı
Obsessiv şairlərin "verse"lərində göstərib söz öz dərin təmasını
Doğulandan bu axmağın gözlərindən baxdım
Onlar göstərdilər, baxdım, gözlədim və baxdım
Dözmədim və bir gün özümü gözlərindən atdım
Dözmədim və bir gün özümü gözlərindən atdım
Dözmədim və bir gün özümü gözlərindən atdım
Zatən anlamışdım, yalan bir şeylər var
Burada yanan bir şeylər var, bu şəhərdə kimsə yoxdur
Özünü kim isə sanan bir şeylər var
Bir də başındakı buludlara dalan fişənglər
F'Rhyme, taraz bir şey de
Nataraz başımdan çıxmır taraz bir şeylər
Yoxdur dibinə üzmədiyim quyu
Qulağın hələ eşitdiyin sözlərin yüzdə birini duyur
Dürüstcə küsmədik, bu filmə baxdıq, anladıq ki
Ən pisi ilə, mənfisi ilə, müsbəti ilə buyuq, bizə uyun
Avanqard bir avamsan, şəhər sənə
Yalan satan dahilərin büstlərini qurub
Şüur qatını üstələyib udub
Yuxuların düz çıxmır, düzlərin yuxudur
Başın fikirdən qovurulub
Sonu bilinməz sonsuzun
Amma izimlə yol tutub gəl
Çün bizim dərd çox uzundur
Qoy desinlər, tonla "respect" məni isitməz don vurub
Ağlını itirəndən itirmək qorxusu soruş
Sikimdəmi, gör, yanarkən içimdəki dəhlizin divarları
Yalınayaqla ehtiyat çıxışa tərəf daşıdığım
Həmin o şey alov imiş, mən yox
Həmin o şey alov imiş, mən yox
Ruhun ayılmağa hazır
Bu dəliyə qulaq asıb bu dəliyə tullanmağa razı
İşim "Hustle, hustle, hustle"
Qazıb-qazıb Azıx mağarasınacan çatıb
Gördüm, neandertal qaqaş eşib basır
O an cümlələr mənasız
Ağzıma gələni yazıb, pozub verdim
Qulaq asın, qoy ulduzun parıldasın
Mütənasib, bu təmasın təsiri ilə
Yazıq başım bir az sorğulayıb qurdalasın
"Puzzle" məna maddələri ötürdükcə
Pası mən iti hürdürən tərəfə addımlasın
Burax, yansın, yenə sarsın
Sətirlər arası gəzən dovşan səni çaşdırmasın
Bol şans, onun özü məni təqib edib azır
İstəyim bu səhrada bir udumluq su
İçimdə iribuynuzlunu biri durdursun
Mızıldadır bu sətirləri, dili durmur, susmur
Amma qoymaram heç vaxt, bu mental sehrbazlar
Xəyal gücümə iri qapılar icad edib kilid uydursun
Darıxmadım bir qram çuxurda
Çün baryerin həcmi fərq etmir inqilabçı ruha
Ay da, bir dənə qulaq asın, dostlar
(Darıxmadım bir qram çuxurda)
Çün baryerin həcmi fərq etmir inqilabçı ruha
(Xanımlar və cənablar, bir dənə qulaq asın mənə)
Written by: Fikrət Tağıyev, Novruz Ali Xəlilov
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...