album cover
D Minor
23
Hip-Hop
D Minor was released on June 9, 2026 by Atropatena Digital as a part of the album D Minor - Single
album cover
Release DateJune 9, 2026
LabelAtropatena Digital
Melodicness
Acousticness
Valence
Danceability
Energy
BPM

Music Video

Music Video

Credits

PERFORMING ARTISTS
BADCLAUSE
BADCLAUSE
Lead Vocals
COMPOSITION & LYRICS
Mirmövsüm Əhmədov
Songwriter
PRODUCTION & ENGINEERING
Mirmövsüm Əhmədov
Producer

Lyrics

Ömür keçir gözləməklə
Yaxşıda pis, pisdə yaxşı günləri
Hər yeni yaş daha da dadsız gəlir
Dadlı dövrlərsə köhnəlir
Bəlkə günah elə özümdədir
Ünvanı bəlli, qəlb başqa qonaq istəmir
Bəxt ulduzum - düz get - deyir
Amma "Waze" 200 metr sonra sola göstərir
Həyat yollarım dolaşıq, qarışıq
Gündən-günə çətinləşir dolanışıq
Ömür ağacında son budaq qalıb
Bütün ümidləri də ona bağlamışıq
Tanrını dərk edəndə dayandırdım
Həqiqət uğruna olan axtarışı
Şeytanla yola getməyi bacarmadım
O da ki, çıxdı sonradan tanışım
Daha nə qədər şeirə müəllif olum
Necə problemin olmayım, həllin olum?
Nə döyülür qapım, nə zəng çalır telefonum
Bu sevilməyin ən kədərli yolu
Yaşadım başdan bəlli sonu
Gördüm unudulmağın hər fərqli tonun
Eşqdən biliyin o qədər az ki
Elə bil, iki gün dərs, beş gün tətil olub
Kaş payızda xəzana dönəntək
Yaz gələndə könlündə bitəydim
Qəddim dik deyil daha dağ kimi
Sənə çatmaq üçün günbəgün əyilir
Bizimki namümkün, qəribə idi
Yalanın düz, düzlərin əyri
Təkcə sözlə anlaşılmaz olurdum
Açmalıydım ona mütləq ürəyimi
Addımların uçurum ardı
Zirvədəyəm tək, dərə dörd tərəf
Səni daxilimdə öldürdüm ki
Ruhun buludtək köksümə söykənə
Sevgin qədər uzaq olsam belə
Soyuqluğun qədər möhkəməm
Qəlbin daşdır, saxta təbəssümlərini
Yaraşdırmadım o görkəmə
İşığında getdiyin aya baxıram
Elə bil həyət evindən binaya baxıram
İçimdə fağır ümidi
Bu ay xoşbəxtlik alınmadı, gələn aya baxıram
Gözlər qəlbin aynası
Amma sənin qəlbinə baxsa göz, ayna sınar
Başa düşmürəm ki
İndidən sonra nə faydası var?
Written by: Mirmövsüm Əhmədov
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...