album cover
Red Bull 64 Bars
10
Hip-Hop/Rap
Red Bull 64 Bars was released on August 13, 2026 by UnderGame as a part of the album Red Bull 64 Bars - Single
album cover
Release DateAugust 13, 2026
LabelUnderGame
Melodicness
Acousticness
Valence
Danceability
Energy
BPM92

Lyrics

Anbar emalatxanasından birbaşa
Sizin beyin mətbəxinizə
Anbar emalatxanasından birbaşa
Bu oyun, bu gediş, bu yalan, bu tələ
Sözü yaz, cümlə qur, ritmlə itələ
Cavanı, qocası, həmçinin orta yaşlısı
Parçanı dinləyib sonra rep deməyə başlasın
İşlət başqasını, əgər əlindəki faza zəifsə
Üstü zərli zərfdənsə, göstər
Üstü tüstü örtük olsa belə
Hansı tərəfdənsən, yansımasın zəiflər sənə
Deyilməsin: “Braza, heyiflər sənə!”
Göy damardan al qan damar
Altmış dörd bar düşər söz halqama
Söz davamın altı sərt qış-bahar
Bu saat bax rahat, aç göz, gör daha
Ol əjdaha, gəl qafiyəni böl, baxaq
Öz dilində, amma səviyyə beynəlxalq
Göylə qalx, yerlə bax, ala, deyilən vaxt
Sırada durmalısan sən hələ xeyləm vaxt!
Mənim həyatımdır, mənim həyatımdır
Yazıramsa, şəxsi ədəbiyyatımdır
Cümlələrim fikirlərin ifadəsi
İfa gedir - kifayətdir simfoniyası
Şir həmişə şirdir, söz ortada birdir
Söz oynada bilmir önündəkilər
Niyə dovşan bilmir, soruşsan da, dinmir
Duruşunu görmür böyründəkilər?
Amma öyrənirlər “old” nə, “new” nə
Hamıya maraqlıdır “like” nə, “view” nə
Müzakirəsi gedir - “fake” nə, “true” nə
Göstərim “culture” nə edib repdə “turne”!
Hər nə qazanılır tərlə
Qiyməti avtomatik qalxır fırlanan pərlə
Hərlən dolanıb götürdümsə qələm
Nə vaxt xalis rep lazımsa, cavab verirəm, gəlirəm
Mənə demə rep, demə və demə ki, rep mənəm
Dəyər verməsən, çevrilib dəyərəm təpənə
Qoymaz dil tərpənə, uçar dinc kəpənək
Qonar düz çəpərə, təməlini silkələr
Düşmən tünd sirkələr qaba, təzyiq gələr
Qərəzli mövqedən çıx, bu - “əvəzlik” gələ
Ay xəbərsiz kələ, çiynində yoxdur kələm
Bu baş və kaş ki bunu anlayasan hələ
Gəlir ikinci “part”, repdə birinci Pac
Çətin birinci takt
MC birinci fakt, səkkizinci akt, səkkiz incə bağ
Səkkiz guşə nağd - repdə şəksiz intibah
İndi bax, təqvimdə iki min iyirmi altıncı vaxt
Çöldə savaş səmti var, insanlar dəm divar
Şəhəri, kəndi var, Uranın elə bir bəndi var ki
Hər kəs anlasın, dərdi var ki, sətrə bağlasın
“Yaz tök hər şeydən bir az
Deyir onlar,-bizə ver hamısın”
Ay, bəsdir görüm, həmin təsdiq olan sifətlərdir
Eyni listlərə təslim olublar görüntü üçün
Mən yazıram səmimi ürəkdə döyüntü üçün
Dərslik olmalı işlər könüldən uçur
Əfəndim, əfəndi, repim xeyrə dost, şərə kəfəndir
Deyirlər, bəsdir, tənqid etdin, bəsdir, məzələndin
Deyirlər, bəsdir, yazdın köhnə bitən təzə bəndi
Deyirlər, ağıllı söz gəzəyəndir
Zər qədrini soruş zərgərdən
Rep qədrini reppərvərdən
Sonra o Red Bull-dan süz getsin
Altmış dörd barlıq söz getsin
Bu meydanda son qəhrəman
Söz güləşdirən son pəhləvan
Çox dirəşməyin zor sərkərdə
Zər qədrini öyrən zərgərdən
Written by: Amal Ramazanov, İBrahim İBrahimov
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...