Şarkı sözleri
Qaşların kamandır, ala gözlərin
Hər baldan, şəkərdən, şirin sözlərin
Gəl mənim sevgilim, ey nazlı dilbər
Gəl mənim sevgilim, ey nazlı dilbər
Mən səni sevmişəm, qoy bilsin ellər
Ay qız, ay qız, ay qız, gəlləm dalınca
Səndən əl çəkmərəm, mənim olunca
Ay qız, ay qız, ay qız, gəlləm dalınca
Səndən əl çəkmərəm, mənim olunca
Mənim ki, varlığım sənə bağlıdır
İntizar çəkməkdən sinəm dağlıdır
Bilirəm sevirsən, əmma ki nədən?
Ey, bilirəm sevirsən, əmma ki nədən?
Eşqini qəlbində, sən gizlədirsən
Ay qız, ay qız, ay qız, gəlləm dalınca
Səndən əl çəkmərəm, mənim olunca
Ay qız, ay qız, ay qız, gəlləm dalınca
Səndən əl çəkmərəm, mənim olunca
Aay
Mən bir solmaz yarpağam ki, çiçəkləri bəzərim
Mən, mən bir susmaz duyğuyam ki, ürəkləri gəzərim
Mən, mən səninçin ömrü boyu cəfalərə dözərim
Sənsiz güllər açılmasın, axar çaylar dayansın
Oxu bülbül, oxu bülbül, bəlkə yarım oyansın
Mən bir sönməz
Mən bir sönməz yıldızam ki, ey, daim işıq saçarım
Mən bir, oynaq bülbüləm ki, ey
Mən bir, oynaq bülbüləm ki, güldən-gülə uçarım
Mən, mən bir saqlı aləməm ki, ey, sevgilərdir açarım, ey
Sənsiz günəş görünməsin, qəralərə boyansın
Oxu bülbül, oxu bülbül, bəlkə yarım oyansın, yarım oyansın
Ay mən səninçin, çiçəklərdən süslü bir tac yaparım
Yol, yol ver mənə, gül dərmişəm, bu qızımçün aparım
Arar, arar, arar, axır, səni taparım
Sənsiz solsun göy yarpaqlar, axar çaylar dayansın, əman
Oxu bülbül, oxu bülbül, oxu bülbül, (bülbül), oxu bülbül
Bəlkə bəxtim oyansın, bəxtim oyansın
Gəl xatırlayaq biz əhdi-peymani
Gəl xatırlayaq biz əhdi-peymani
Verdiyin vədələr, söylə bəs hanı?
Ay qız, ay qız, ay qız, gəlləm dalınca
Səndən əl çəkmərəm, mənim olunca
Ay qız, ay qız, ay qız, gəlləm dalınca
Səndən əl çəkmərəm, mənim olunca
Mənim olunca
Written by: Traditional


