制作
出演艺人
Aygün Səmədzadə
表演者
作曲和作词
Aygün Səmədzadə
作曲
Kemale Abiyeva
词曲作者
歌词
Sən mənim ömrümdə bir sevinc payı
Mən sənin ömründə bir sevinc payı
Sən mənim gözlərimin nəmli harayı, harayı
Mən sənin könlünün qəmli harayı
Sən mənim ömrümdə bir sevinc payı
Mən sənin ömründə bir sevinc payı
Sən mənim gözlərimin nəmli harayı, harayı
Mən sənin könlünün qəmli harayı
Durmuşuq, aramız tək bircə addım
Əlimi uzatsam, əlinə dəyər
Bu bircə addımı mən necə, necə atım?
Sən məndən uzaqsan dünyalar qədər
Yarpaqlar titrəsə, bil ki, səsimdir
Sənə pıçıldaram - “var ol, var ol, əzizim”
Sənin var olmağın mənim bəsimdir
Elə varlığınçün sağ ol, əzizim
Yarpaqlar titrəsə, bil ki, səsimdir
Sənə pıçıldaram - “var ol, var ol, əzizim”
Sənin var olmağın mənim bəsimdir
Elə varlığınçün sağ ol, əzizim
Gör necə yaxınıq, gör necə uzaq
Doğmayıq, gərəyik yerlə göy kimi
Bu da bir ömürdür, gərək biz yaşayaq
Ayrı yaransaq da yerlə göy kimi
Gör necə yaxınıq, gör necə uzaq
Doğmayıq, gərəyik yerlə göy kimi
Bu da bir ömürdür, gərək biz yaşayaq
Ayrı yaransaq da yerlə göy kimi
Durmuşuq, aramız tək bircə addım
Əlimi uzatsam, əlinə dəyər
Bu bircə addımı mən necə, necə atım?
Sən məndən uzaqsan dünyalar qədər
Yarpaqlar titrəsə, bil ki, səsimdir
Sənə pıçıldaram - “var ol, var ol, əzizim”
Sənin var olmağın mənim bəsimdir
Elə varlığınçün sağ ol, əzizim
Yarpaqlar titrəsə, bil ki, səsimdir
Sənə pıçıldaram - “var ol, var ol, əzizim”
Sənin var olmağın mənim bəsimdir
Elə varlığınçün sağ ol, əzizim
... bil ki, səsimdir
Sənə pıçıldaram - “var ol, var ol, əzizim”
Sənin var olmağın mənim bəsimdir
Elə varlığınçün sağ ol, əzizim
Elə varlığınçün sağ ol, əzizim
Written by: Aygün Səmədzadə, Kemale Abiyeva