音乐视频

音乐视频

制作

出演艺人
Seyyid Taleh Boradigahi
Seyyid Taleh Boradigahi
表演者
作曲和作词
Seyyid Taleh Boradigahi
Seyyid Taleh Boradigahi
词曲作者

歌词

Zeynəb gəzərdi heyran meydani Kərbəlani
Gördü düşübdü bisər sultani Kərbəlani
Çün gördü parə-parə ol şahi kəm sipahi
Tutdu üzün səmayə ərz eylədi ilahi
Bu noi öldürəllər aləmdə hansı şahi
Salmış nə hala gör Şimr mehmani Kərbəlani
Hər yerdə əhli aləm bu rəsmidir cahanda
Qurbana su verərlər başın kəsən zamanda
Bu Şimri bi mürüvvət bu purxətər məkanda
Ləb teşnə kəsdi amma qurbani Kərbəlani
Dindir qəmim olubdur həddən ziyada qardaş
İstir Səkinə getsin Şamə piyada qardaş
Çox zülmlər olundu Kərbubəla da qardaş
Məhşərdə Xaliq etsin divani Kərbəlani
Damadi namuradın biçarə novərusi
Göz yaşını tökərdi rüxsarə novərusi
Qalmışdı qətligəhdə avarə novərusi
Gördü düşübdü nəşi canani Kərbəlani
Zülfün yolub deyərdi ey namurad əmoğlu
Bir ləhzə olmadım mən dünyada şad əmoğlu
Bu ruzigar əlindən fəryadu dad əmoğlu
Saldı nə tez araya hicrani Kərbəlani
Written by: Seyyid Taleh Boradigahi
instagramSharePathic_arrow_out

Loading...