制作

出演艺人
Talıb Tale
Talıb Tale
表演者
作曲和作词
Aşıq Havası
Aşıq Havası
作曲
Aşıq Ələsgər
词曲作者

歌词

Bahar fəsli, yaz ayları gələndə
Süsənli, sünbüllü, lalalı dağlar
Yoxsulu, ərbabı, şahı, gədanı
Tutmaz bir-birindən aralı dağlar
Alalı dağlar a dağlar
Xəstə üçün təpəsində qar olur
Hər cür çiçək açır, laləzar olur
Çeşməsindən abi-həyat car olur
Dağıdır möhnəti, məlalı dağlar
Alalı dağlar dağlar a dağlar
Ağ xələt bürünər, zərnişan geyməz
Heç kəsi dindirib keyfinə dəyməz
Sərdara söz deməz, şaha baş əyməz
Qüdrətdən səngərli, qalalı dağlar
Dağlar a dağlar dağlar ey dağlar
Köçər ellər, düşər səndən aralı
Firqətindən gül-nərgizin saralı
Ələsgər Məcnuntək yardan yaralı
Gəzər səndə dərdli, nalalı, dağlar!
Dağlar a dağlar dağlar a dağlar
Written by: Aşıq Havası, Aşıq Ələsgər
instagramSharePathic_arrow_out

Loading...