Roya & Rizvan 的热门歌曲
类似歌曲
制作
出演艺人
Roya & Rizvan
表演者
作曲和作词
Məmməd Araz
作词
Niyaməddin Musayev
作曲
歌词
Bir taleyin oyununda cütlənmiş zərik
Yüz il qoşa atılsaq da, qoşa düşmərik
Bir zərrənin işığına milyonlar şərik
Dünya sənin
Dünya mənim
Dünya heç kimin
Dünya sənin
Dünya mənim
Dünya heç kimin
Bu get-gəllər bazarına dəvədir dünya
Bu ömür-gün naxışına həvədir dünya
Əbədiyə qəh-qəh çəkər əbədi dünya
Dünya sənin
Dünya mənim
Dünya heç kimin
Dünya sənin
Dünya mənim
Dünya heç kimin
Çevrəsindən çıxsa əgər sevda fırfıran
Bir ümidin ətəyindən tutub da fırlan
Eşidərsən, pıçıldayır yıxılan, duran
Dünya sənin
Dünya mənim
Dünya heç kimin
Dünya sənin
Dünya mənim
Dünya heç kimin
Bu get-gəllər bazarına dəvədir dünya
Bu ömür-gün naxışına həvədir dünya
Əbədiyə qəh-qəh çəkər əbədi dünya
Dünya sənin
Dünya mənim
Dünya heç kimin
Dünya sənin
Dünya mənim
Dünya heç kimin
Writer(s): Məmməd Araz
Lyrics powered by www.musixmatch.com