歌詞

Sən gələn gündün evimizin çıraqları yandı Məsum gülüşündən qapımız nura boyandı Sən gələn gündün evimizin çıraqları yandı Məsum gülüşündən qapımız nura boyandı Atasına şərəfdir, anasına bir inci Soyadının qürurudur, həm vüqarı, sevinci Sən mənim mələyimsən, şirin diləyimsən Ən gözəl çağımda, ömrümün bağında Sən baharımsan, çiçəyimsən Sən mənim mələyimsən, şirin diləyimsən Ən gözəl çağımda, ömrümün bağında Sən baharımsan, çiçəyimsən Baldan şirin, bal balam, sənin qadanı mən alım Dodaq püstə, göz badam, şirindən şirin balam Baldan şirin, bal balam, sənin qadanı mən alım Dodaq püstə, göz badam, şirindən şirin balam Canı canımdan olana "can" - deməyim, neyləyim? "Ürəyimin parasına qurban" - deməyim, neyləyim? Canı canımdan olana "can" - deməyim, neyləyim? "Ürəyimin parasına qurban" - deməyim, neyləyim? Evimizi isitsin incə, kövrək səsin Üzünü görsün, üzü gülsün hər bir kəsin Sən mənim mələyimsən, şirin diləyimsən Ən gözəl çağımda, ömrümün bağında Sən baharımsan, çiçəyimsən Sən mənim mələyimsən, şirin diləyimsən Ən gözəl çağımda, ömrümün bağında Sən baharımsan, çiçəyimsən Baldan şirin, bal balam, sənin qadanı mən alım Dodaq püstə, göz badam, şirindən şirin balam Baldan şirin, bal balam, sənin qadanı mən alım Dodaq püstə, göz badam, şirindən şirin balam Sən mənim mələyimsən, şirin diləyimsən Ən gözəl çağımda, ömrümün bağında Sən baharımsan, çiçəyimsən Sən mənim mələyimsən, şirin diləyimsən Ən gözəl çağımda, ömrümün bağında Sən baharımsan, çiçəyimsən Baldan şirin, bal balam, sənin qadanı mən alım Dodaq püstə, göz badam, şirindən şirin balam Baldan şirin, bal balam, sənin qadanı mən alım Dodaq püstə, göz badam, şirindən şirin balam Baldan şirin, bal balam, sənin qadanı mən alım Dodaq püstə, göz badam, şirindən şirin balam Baldan şirin, bal balam, sənin qadanı mən alım Dodaq püstə, göz badam, şirindən şirin balam
Writer(s): Elmir Vəliyev, Nazim Məmmədov Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out