Miri Yusif 即將舉行的演唱會
Miri Yusif 熱門歌曲
類似的歌曲
積分
出演艺人
Miri Yusif
表演者
作曲和作词
Miriyusif Mirbabayev
作曲
Fariz Zeynalov
词曲作者
歌詞
Gördüm, gördüm ki, səhvdir eşqin qibləsi
Sən özgəsən, sevdiyim, özgəsi
Biz aldatmışıq hər kəsi, hər kəsi
Bildim, bildim ki, gözlərin dəniz deyil
Qəlbin bulud kimi təmiz deyil
"Sən və mən" daha "biz" deyil, "biz" deyil
İndi xəyal kimi baxdım ötən çağa
Ömür başladı geri saymağa
Sən yoxsan, mən yoxam daha
İndi bilmişəm ki, şeytan mələk deyil
Bağrıma daş asdım, ürək deyil
Dünya mənə gərək deyil
Sildim, sildim keçmişimi sətir-sətir
Otağımda həsrət qoxan ətir
Pəncərəmdən kölgən itir, ay-ay, yar
Baxdım, baxdım ki, bir ömür gedib boşa
Ayrı insanlar şəkildə qoşa
Sənsiz səninlə olmuşam, olmuşam
İndi xəyal kimi baxdım ötən çağa
Ömür başladı geri saymağa
Sən yoxsan, mən yoxam daha
İndi bilmişəm ki, şeytan mələk deyil
Bağrıma daş asdım, ürək deyil
Dünya mənə gərək deyil
İndi xəyal kimi baxdım ötən çağa
Ömür başladı geri saymağa
Sən yoxsan, mən yoxam daha
İndi bilmişəm ki, şeytan mələk deyil
Bağrıma daş asdım, ürək deyil
Dünya mənə gərək deyil
Bildim, bildim
Writer(s): Miri Yusuf Mirbabayev, Fariz Zeynalov
Lyrics powered by www.musixmatch.com