歌詞
Bənd
Bir gün yenə geri dönsən
Məni sevib əzizləsən
Sənsiz dünyam heçmiş desən
İnanımmı inanımmı?
Sənsən günüm, ayım desən
Sənsə çeşməm, çayım desən
Sənsən sevgi payım desən
İnanımmı inanımmı?
Nəqarət
Bu röyadan oyanımmı?
Gəlmədi yarım sanımmı?
Yalanına aldanımmı?
İnanımmı inanımmı?
Bənd
Hər nazıma dözə bilsən
Dərdimlə göz gözə gəlsən
Vədəsi boş söz deyilsə
İnanımmı inanımmı?
Sənsən günüm, ayım desən
Sənsə çeşməm, çayım desən
Sənsən sevgi payım desən
İnanımmı inanımmı?
Nəqarət
Bu röyadan oyanımmı?
Gəlmədi yarım sanımmı?
Yalanına aldanımmı?
İnanımmı inanımmı?
Written by: Rəqsanə İsmayılova