album cover
Ucuzvari
281
Hip-Hop
Ucuzvari 由 Musics of Azerbaijan 於 2015年11月1日發行,收錄於專輯《 》中Re-released
album cover
發行日期2015年11月1日
標籤Musics of Azerbaijan
旋律
原聲音質
Valence
節奏感
輕快
BPM86

積分

演出藝人
BADCLAUSE
BADCLAUSE
主唱
詞曲
Mirmövsüm Əhmədov
詞曲創作
製作與工程團隊
Mirmövsüm Əhmədov
製作人

歌詞

Ucuzvari geyim-keçim, ucuzvari brendlər
Ucuzvari insanlar var, ucuzvari sifətlər
Ucuzvari bina, tikilib ucuzvari sementlə
Ucuzvari həyat, seminar, ucuzvari biletlər
Sən də gecələr yatma, say ulduzları diləklə
Gündüzsə heç nə olmamış kimi ucuzvari gül-əylən
Sanma ki, böyük eşqlərə gərəkdir mirvari ürəklər
Yaraşmayanda bahalı geyim də ucuzvaridir əyinə
Günəş səndən gizlənir qürubda bilərəkdən
Göylərin ətəyin boyayırsa bulud sarı bir rəngə
Deməli axşam düşür artıq, sonra gecə yaxınlaşır
Və deməli dərdlərin vaxtı çatıb hüdudlarına gəlməyin
Bəs tutduğun arzular, ucuzvarimi səncə?
Hardasa ruhun tənhadır, gedənə qal demisənsə
Sevmək yorucudur bir az eşqin uc-bucağı bitəndə
Ümidin ölür dəyərli hisslər ucuzvari gələndə
Yenə qorxulu yuxu, yenə təlaş içimdə
Birdən gerçək olarsa
Yenə ümidsiz ifadə asılıb üzümdən
Bəlkə kömək olarsan
Özümü tapmağa, günəşə çatmağa
Bakıdan qaçmağa, yolu qısaltmağa
Birgə qataraq həyatıma maraq
Uca dağlara cığırlar açaraq
Bu şəhər məni təkliyə alışdırdı, mənəvi ağrılara alışdırdı
Ən bəsit halıyla yox, düşünərək dərinliyinə enib
Orda işığı tapmağa, fikrimi yormağa alışdırdı, yolumu qarışdırdı
Düzünü desəm, əvvəlki gümrahlığım da qalmayıb
Səhər dururam, yorğunçuluq, axşam yorğunçuluq
Ətrafımda baş verənlər qəti marağımı cəlb eləmir
Uzun müddətdir ki, fırladıram insanlıq borcumu
Hara kimi gedəcək bu yaşam, hara kimi gedəcək yol?
Güzgüdə bir kəs var, çoxdan bezmiş həyatdan
O qədər gərgin deyiləm əslində, gülümsəyirəm az-çox
Daha kədərli gəlmir danışmaq keçmiş həyatdan
Çox yordum özümü fərqli münasibətlərdə
Fərli duran sifətlərlə fərqli cür ünsiyyətlərdə
Tozlanıb hamısı rəflərdə, soxum dövrün vədlərinə
Adam yaşamaq istəmir baxanda yaşam şərtlərinə
Yenə qorxulu yuxu, yenə təlaş içimdə
Birdən gerçək olarsa
Yenə ümidsiz ifadə asılıb üzümdən
Bəlkə kömək olarsan
Özümü tapmağa, günəşə çatmağa
Bakıdan qaçmağa, yolu qısaltmağa
Birgə qataraq həyatıma maraq
Uca dağlara cığırlar açaraq
Written by: Mirmövsüm Əhmədov
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...