Lyrics

Qoyulmayacaq qərənfillər daha cüt say, Qarabağ Bitir soyuq qış, üfüqdə görünür yay, Qarabağ De varmı gözəlliyinə bu cahanda tay, Qarabağ? Olmaz bir qarışından düşmənə pay, Qarabağ Salam, əsgər! Danışır Vətən Sağ ol ki, varsan! Bünövrəsi millət olan evdə sən bil ki, divarsan Həm oğulsan, həm ata Həm qardaş, həm də ki yarsan Bilirdim ki, gələcəksən 30 ildir tərk-i diyarsan Döyüşə gedir igidlər Gedir ömürlük yurda Əmrini verir komandir Qışqırır bölük burda '92 fevralında qar içində qaçan körpələr Əridib buzlar içində Böyüyüb dönüb qurda Döyüşə gedir igidlər Qulaqlarında "Dəyirman - Ya Qarabağ, ya Ölüm" "Kor Zabit", "Okaber - Taboo" "Guantanamero", "Marş" "İgid Əsgər - Şəmistan" Sənə hər an can qurban Sən olasan Gülüstan Nigaran ananın göz qapaqlarında gir, islan Əllərindən öpürəm, ana Qəlbində bitsin üsyan Doğsun günəş camalında Kəsilsin əbədi leysan Oğlun bitirdi hicran Evinə dönür, gör, neçə insan Qoyulmayacaq qərənfillər daha cüt say, Qarabağ Bitir soyuq qış, üfüqdə görünür yay, Qarabağ De varmı gözəlliyinə bu cahanda tay, Qarabağ? Olmaz bir qarışından düşmənə pay, Qarabağ Qoyulmayacaq qərənfillər daha cüt say, Qarabağ Bitir soyuq qış, üfüqdə görünür yay, Qarabağ De varmı gözəlliyinə bu cahanda tay, Qarabağ? Olmaz bir qarışından düşmənə pay, Qarabağ Bağışlasın şəhid anaları qələbə sevincimizi Şad olur ruhlar düşmənin yerə dəyincə dizi Sizin gözyaşlarınıza qurban hər nəfəsimiz Xeyirin açarı bizdədir, açılır şər qəfəsimiz Vicdanım vermir izin Qürbətdən döyüşə səsləyim Yazmaq asandır mahnılar isti otaqlardan Ədalət eşqi də qoymur yazım "Döyüşü kəs!" deyim Sizin silah üstün qələmdən soyuq torpaqlardan Könüllü gənclər küçədə Əyilməz ordu bizdə Bu döyüş Mübariz'in adına layiq sonluq istər Yaxşı ki, var idin Çingiz Bu tarix sənlə başladı Cəbhədə demir heç kim bu gün "Qayıdın, n'olub sizə?!" Döyüş başlar, masalar boşalar, danışıq bitər Həsrətin üzdüyü torpaqlarımıza qayğı verək Qulaqlarını aç, Qarabağ! Danışır Vətən Qapını aç, Qarabağ! Övladların qayıdır evə Qoyulmayacaq qərənfillər daha cüt say, Qarabağ Bitir soyuq qış, üfüqdə görünür yay, Qarabağ De varmı gözəlliyinə bu cahanda tay, Qarabağ? Olmaz bir qarışından düşmənə pay, Qarabağ Qoyulmayacaq qərənfillər daha cüt say, Qarabağ Bitir soyuq qış, üfüqdə görünür yay, Qarabağ De varmı gözəlliyinə bu cahanda tay, Qarabağ? Olmaz bir qarışından düşmənə pay, Qarabağ
Writer(s): Orkhan Zeynalli, Allaround Beatz Allaround Beatz Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out