Lyrics

Mən səni ən saf və ən təmiz ən pak və ən ülvi hisslərlə sevdim Mən səni isti davranışdan, adi bir baxışdan, gözlərlə sevdim Mən səni dünyalar qədər hər kəsdən fərqli sevdikcə sevdim Mən səni çox incə incə çox illər öncə gizlincə sevdim Necə sevdimsə mən sevgilim Qarışıb ağlım, quruyub dilim Səninlə bir ömrü paylaşıb Bəxtəvərəm ömrüm Elə sevdimki mən sevgilim Sənə tərəf uzanıb açılıb əlim Mən istərəm sonsuz sevgimi Tək səninlə bölüm Mən səni yağışlar payızı, dalğalar dənizi sevən tək sevdim Mən səni məhz olduğun kimi, olduqca mehriban həm kövrək sevdim Mən səni dünya yaranandan, aya həsrət qalan gün kimi sevdim Mən səni əlbət ki sevgidən, dağları bürümüş çən kimi sevdim
Writer(s): Ferdi Guliyev Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out