Music Video

Featured In

Credits

PERFORMING ARTISTS
Royal Babayev
Royal Babayev
Performer
COMPOSITION & LYRICS
Royal Babayev
Royal Babayev
Songwriter
Hanto Beatmaker
Hanto Beatmaker
Composer

Lyrics

Bağışla, gecə, içim səndən daha qaranlıq Sən sevgi mələyisən, mənsə tanrı tənhalığı Sınıq qələmim əsir düşdü, göz yaşına toxundu Qara saçlarına dəyməz ehtirası bütün qadınların Ayağına batan zaman əcəlin sərt tikanıdır Öz əli ilə qoparardı bu fələk kaş qanadlarımı Məzarına mənəm gələn, başıma kül tökərək Getməyəcəm görməyənə qədər sənsiz qalmış cahanı Səni sevdiyimə gülənlər var ki, nazlı pərim Kaş yarın hüsnünü bir dəfə görərdi onlar, dilbərim Ümidlərimə gözlərindən dərin bir quyu qazdım Xəyallarım qarışdı tüstüyə, şeirlərimi də yandırdım Yar küyündən gələn səsləri göyərçinlər eşitsə Mənim kimi fəqan eyləyib, inildəyər onlar da İnsanlar anlamaz, mənə tənə vuranlara deyin ki "Dərdimi duymaq üçün duyğu yoxdur onlarda" Gecə, mən, tozlu pəncərəm Sükut, əzilmiş şəkilləri, sınıq qələm Retro dərdlər, Winston, ağrılar Hə... Bir də, sənli xəyallar Gecə, mən, tozlu pəncərəm Sükut, əzilmiş şəkilləri, sınıq qələm Retro dərdlər, Winston, ağrılar Hə... Bir də, sənli xəyallar Bağışla, günəş, o, səndən də daha parlaq Hər səhər üfüqdən saçaraq öz şanələrin İsidir əllərimi özündən güc alaraq Xatırladır gözlərimi qamaşdıran İlahəni Xəyalına mənəm gələn qapıları tək-tək döyərək Neçə qıfıl qırmalıyam sevgi qapısını açmaq üçün?! İsti əllərində soyuqdan titrəyərək Neçə odda yanmalıyam günəş kimi saçmaq üçün?! Yadında saxla məni ən dəyərli xatirən kimi Faciələri zamana bağışladım sən gedəli Saçlarının qoxusu hələ də getmir əlimdən Axı mən yoxluğunda göz yaşımda boğmuşam bu bədəni Ruhuma küskünəm mən, sözlərimi bölməmişəm Xəzərdə boğulanda qəlbim itib, ölməmişəm İnan, mən də sənin qədər üzgünəm Özünü tapmaq istəyəndə gözünü üzümə çevir Mən sənin öz güzgünəm
Writer(s): Hanto Beatmaker, Royal Babayev Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out