Music Video

Credits

PERFORMING ARTISTS
Elton Hüseynəliyev
Elton Hüseynəliyev
Performer
Aygün Səmədzadə
Aygün Səmədzadə
Performer
COMPOSITION & LYRICS
Aygün Səmədzadə
Aygün Səmədzadə
Composer
Arif Hüseyn
Arif Hüseyn
Songwriter

Lyrics

Kökləyib qəm məni sənsizliyə, ey incə çiçək Baxışım xırdalanır Hafizəmdə ən əziz xatirələr tərpənərək Yuxusundan oyanır Dəlilərtək coşub, əfqanə gəlir birdən ürək Bədənim parçalanır İstəyim bircə xudadan budur, çatsın sənə səs Eşidirsənsə, tələs, eşidirsənsə, tələs Ciddi cəhd ilə dönüb min dəfə baxdım geriyə Səhv olub harada, nədə? Ümid etdim bütün ömrü, yetərəm vəslə deyə Sənsizəm, gəl, hələ də Ruhumu qəhqəhələrlə qəm alır çərçivəyə Qalıram məngənədə Dustağam hicrə, dağılmır ki, dağılmır bu qəfəs Eşidirsənsə, tələs, eşidirsənsə, tələs Əlinə dəysin əlim Sən danışdıqca, gülüm Qoyma həsrətdən ölüm Eşidirsənsə, tələs Əlinə dəysin əlim Sən danışdıqca, gülüm Qoyma həsrətdən ölüm Eşidirsənsə, tələs Şaxta vurmuş ürəyim Arzulayır isti nəfəs Eşidirsənsə, tələs Eşidirsənsə, tələs Edə bilməz dağınıq saçlarının ətrin əvəz Gələ min gül qoxusu Səni andıqca vücudumda dönüb oldu mərəz Bu məhəbbət yuxusu, bu məhəbbət yuxusu Dilə tutdum fələyi, bəlkə bizə zülm eləməz Ələ keçmir yaxası Sənsiz ömür etməyə dünyada nə güc var, nə həvəs Eşidirsənsə, tələs, eşidirsənsə, tələs Əlinə dəysin əlim Sən danışdıqca, gülüm Qoyma həsrətdən ölüm Eşidirsənsə, tələs Əlinə dəysin əlim Sən danışdıqca, gülüm Qoyma həsrətdən ölüm Eşidirsənsə, tələs Şaxta vurmuş ürəyim Arzulayır isti nəfəs Eşidirsənsə, tələs Eşidirsənsə, tələs
Writer(s): Arif Hüseyn, Aygün Səmədzadə Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out