Lyrics

Oğlum, bu həyatda səndən əziz yoxdur mənə Oğlum, sən baxanda sanki Günəş baxdı mənə Gülüşlərin üzündən heç vaxt əksik olmasın Sevincdən ağlasan da, qəmdən gözün dolmasın Sən mənim Günəşim, Ayım Sən mənim bəxt ulduzum Dəyərlisən bizim üçün Hər şeydən, oğlum Sabaha ümid verən, sevgi dolu nəğməsən Daha böyüsən də sən, mənim üçün körpəsən Göylərdən yerə enən sən əsl hədiyyəsən Daha böyüsən də sən, mənim üçün körpəsən, oğlum Oğlum, həyatın çətin anları var, biləsən Oğlum, böyüyüb, çalışıb həyatı sevəsən Yaxşı-yaman günündə hazır ol hər sınağa Bu dünyanın hər üzü bənzəmir nurlu çırağa Oxu, elmin yüksəlsin Səsin ucalardan gəlsin Baxıb sevinək, gülək Səninlə bağlı hər sorağa Sabaha ümid verən, sevgi dolu nəğməsən Daha böyüsən də sən, mənim üçün körpəsən Göylərdən yerə enən sən əsl hədiyyəsən Daha böyüsən də sən, mənim üçün körpəsən, oğlum Sabaha ümid verən, sevgi dolu nəğməsən Daha böyüsən də sən, mənim üçün körpəsən Göylərdən yerə enən sən əsl hədiyyəsən Daha böyüsən də sən, mənim üçün körpəsən, oğlum Daha böyüsən də sən, mənim ürəyimdəsən, oğlum
Writer(s): Orxan Mürvetli, Vüqar Abdulov Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out