Lyrics

Necə mən etiraf edim ki, yaraşsın sənə Dünyalar sığınar mərhəmətinə Sevginin mənbəyi sənsən, həyat məktəbim Nə qədər ki, yanımdasan, sənsən nəfəsim Həyatımda ən böyük dünyamsan Gözümün işığı, evimin yaraşığı, anacan anam Hamıdan gözəl, doğma insansan Gözümün işığı, ömrümün yaraşığı Anacan anam, anacan anam Mənim hər dərdimə yanan Gözəl gözlüm anam, şirin sözlüm anam Sənsiz bir an, sənsiz bir an olmasın anam Nə etsəm də yenə azdır, haqqın ödənməz Kimsə varlığını əvəz etməz Məni ilk sevən sən oldun, şərtsiz-sərhədsiz Öz sevginlə yoğurdun, sevgin bənzərsiz Həyatımda ən böyük dünyamsan Gözümün işığı, evimin yaraşığı, anacan anam Hamıdan gözəl, doğma insansan Gözümün işığı, ömrümün yaraşığı Anacan anam, anacan anam Mənim hər dərdimə yanan Gözəl gözlüm anam, şirin sözlüm anam Sənsiz bir an, sənsiz bir an olmasın anam Necə mən etiraf edim ki, yaraşsın sənə Anacan
Writer(s): Ismayil Asadov Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out