Lyrics

Gecə yarıları üzü Aya doğru Fikirlər uzanıb yenə məni boğur Göylərdən yerlərə enən bir ip ola Tutub çəkim Ayı, bəlkə, gün tez doğar? Necə yarıladım ömür deyilən yolu? Hər yer ala-toran, soluma günah dolur Yağışlardan qorxub qaçıb gizlənən mən Gözyaşında batan mən deyilmiyəm?! Dərinlərdə bir yerdə Boğuluram səssizcə Qışqırsam da yox fayda Eşidilməz o tayda Yüksəlib divarlar Kar olub insanlar Anladım mən o anda Heç kim deyil o hayda Dərinlərdə bir yerdə Boğuluram səssizcə Qışqırsam da yox fayda Eşidilməz o tayda Yüksəlib divarlar Yer yox mənə burada Qaçım, gedim bu taydan Çıxım, gedim otağa Yenə eyni otaq Yenə həmən qonaq Yanında gözyaşı Bu gecə də oyaq Dərdini dinləyib Başına hərlənib Söylə, "Gün doğar, səhər deyil uzaq" Yenə eyni otaq Yenə həmən qonaq Yanında gözyaşı Bu gecə də oyaq Dərdini dinləyib Başına hərlənib Söylə, "Gün doğar, səhər deyil uzaq" Necə yarıladım ömür deyilən yolu? Hər yer ala-toran, soluma günah dolur Yağışlardan qorxub qaçıb gizlənən mən Gözyaşında batan mən deyilmiyəm?! Dərinlərdə bir yerdə Boğuluram səssizcə Qışqırsam da yox fayda Eşidilməz o tayda Yüksəlib divarlar Kar olub insanlar Anladım mən o anda Heç kim deyil o hayda Dərinlərdə bir yerdə Boğuluram səssizcə Qışqırsam da yox fayda Eşidilməz o tayda Yüksəlib divarlar Yer yox mənə burada Qaçım, gedim bu taydan Çıxım, gedim otağa Yenə eyni otaq Yenə həmən qonaq Yanında gözyaşı Bu gecə də oyaq Dərdini dinləyib Başına hərlənib Söylə, "Gün doğar, səhər deyil uzaq" Yenə eyni otaq Yenə həmən qonaq Yanında gözyaşı Bu gecə də oyaq Dərdini dinləyib Başına hərlənib Söylə, "Gün doğar, səhər deyil uzaq"
Writer(s): Vugar Babayev Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out